Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

PUTİNDƏN KÖMƏK İSTƏDİ, TƏCİLİ ÖLKƏSİNƏ QAYITDI... - Lukaşenkoya nə olub? (VİDEO + FOTO)

10-05-2023, 14:38   



Məlum olduğu kimi, ötən gün Moskvadakı “Qırmızı Meydan”da faşizm üzərində qələbənin 78-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Mərasimdə iştirak edən 6 xarici ölkə liderindən biri olan Belarus Prezidenti Aleksandr Lukaşenkonun ötən günkü davranışları böyük maraqla qarşılanıb.

“AzPolitika.info” xəbər verir ki, Lukaşenkonun mərasimdən tez ayrılması, əlindəki sarğı beynəlxalq mətbuatda da geniş müzakirələrə səbəb olub.

Belə ki, paylaşılan görüntülərdə Belarus liderinin mərasim zamanı yeriməkdə çətinlik çəkdiyi, çələng qoyma mərasimi zamanı ayaqlarını sürüyərək hərəkət etdiyi, əlində isə sarğı olduğu görünüb.

İddialara görə, həmin vaxt Belarus lideri Putindən ona kömək etməsini xahiş edib. Bunun üzərinə Putin müavinlərinə Lukaşenko üçün xüsusi avtomobil hazırlamağı tapşırıb. Daha sonra Lukaşenko onun üçün ayrılmış nəqliyyat vasitəsi ilə hava limanına yollanıb və oradan da ölkəsinə qayıdıb.


Belaruslu politoloq Dmitri Bolkunets ”Telegram”da verdiyi açıqlamada Lukaşenkonun səhhətindəki problemlərə görə liderlərlə nahara qatıla bilmədiyini və ölkəsinə qayıtdığını bildirib.

Qeyd edək ki, Lukaşenkonun səhhətində problem omasıyla bağlı məlumatlar yeni deyil. Bir sıra iddialara görə, Lukaşenko Qərbin sanksiyaları səbəbindən əməliyyat oluna bilmədiyi üşün, insult keçirmə riski ilə yaşayır.

Prezidentə yaxın mənbələr Lukaşenkonun ağrıkəsicilərlə yaşamasına səbəb olan onurğa probleminin olduğunu ehtimal edirlər.

Belaruslu siyasətçi Pavel Latuşko da bu iddialarin doğru olduğuna inanır: “Onun nə öz ölkəsində, nə də Rusiyada ehtiyac duyduğu cərrahiyyə əməliyyatını etdirməsi qeyri-mümkündür. Çox güman ki, bunu Qərbdə etmək lazımdır. Ancaq sanksiyalar səbəbindən bunu etmək mümkün deyil. O, qismən iflic vəziyyətinə düşə bilər”.




“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar