Muharrem İncenin geri çəkilməsinin SENSASİON SƏBƏBLƏRİ - Ekspert açıqladı

11-05-2023, 17:40   


“Türkiyədə 3 gün sonra keçiriləcək prezident seçkilərində namizəd Muharrem İncenin namizədliyini geri çəkməsi CHP və ya Millət İttifaqının səslərinə təsir etməyəcək. Bundan əlavə, onun öz çıxışında namizədliyini geri götürməsinə səbəb kimi məhz CHP-ni ünvan göstərməsi əslində çox ciddi məqamdır”.

Bu sözləri Musavat.com-a açıqlamasında Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu deyib.

zifer.jpg (56 KB)

Ekspert Muharrem İncenin çıxışında iki vacib məqama diqqət çəkib:

“Bunlardan birincisi şantajlardan qorxmadığını, 45 gündür ki, buna müqavimət göstərdiyini, bəhanə verməmək, seçkidə məğlubiyyəti onun üstünə atmasınlar deyə namizədliyini geri götürdüyünü açıqlamasıdır. Bildiyiniz kimi, son 1 həftə 10 gün ərzində CHP-yə məxsus media orqanlarında Muharrem İnceyə qarşı dezinformasiya kampaniyasına start verilmişdi. Burada həm məşhur kaset məsələsi, həm də İncenin “sol mərkəz səsini parçalaması” ittihamı ön planda idi. Bunu vurğulayan İnce məhz belə çirkin kampaniyaya etiraz olaraq namizədliyini geri götürdüyünü vurğulayır. Faktiki olaraq bu fikirlərdə ünvan bəllidir. İnce Kılıçdaroğlunun məğlubiyyətinə görə sol-mərkəz cameəsində günahkar kimi göstərilməsini, seçkidəki məğlubiyyətin əsas hədəfi olaraq nişan verilməsini istəmədiyini açıq şəkildə bəyan edir.

Başqa bir məqam isə İncenin parlament seçkisində yalnız öz partiyasına səs istəməsi və prezident seçkisində heç bir namizədin xeyrinə fikir bildirməməsi, əksinə, CHP-ni hədəf göstərən fikirlər bildirməsidir.

Bütün bu məqamlar İncenin namizədliyini geri götürməsinin Millət İttifaqının xeyrinə hansısa dəyişikliyə səbəb olacağı ilə bağlı fikirlərin əksinə olaraq, etirazçı seçmənin – hər iki ittifaqdan narazı qalan elektoratın – səsinin dördüncü namizəd Sinan Oğana yönələ biləcəyi ehtimalını artırır”.

Aytən Novruz
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.