Dubay daha bir Ermənistan təyyarəsinin enməsinə izn vermədi - SƏBƏB

11-05-2023, 20:39   


Dubay hakimiyyəti İrəvan-Dubay reysini yerinə yetirən "FlyOne Armenia" təyyarəsinin enişinə qadağa qoyub, indi təyyarə Ermənistan paytaxtına qayıdır.

Musavat.com bildirir ki, bu barədə Ermənistan mətbuatına müsahibəsində aviaşirkətin direktorlar şurasının sədri Aram Ananyan bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirliklərinə uça bilməyən təyyarə İrana eniş edib.

“Aviadaşıyıcıda uçuşlar üçün bütün icazələr və lazımi sənədlər var idi. Səbəbləri biz yox, rədd edən tərəf izah etməlidir ki, hələ bunu etməyib”,-deyə Aram Ananyan bildirib.

Qeyd edək ki, bundan əvvəl Dubaya uçan Ermənistan təyyarəsinin enməsinə icazə verilmədiyindən o, İranın Şiraz şəhərinə eniş etmiş, sonra başqa ölkənin adı altında (?-M.) mənzilbaşına çatmışdı.

Bundan əvvəl qardaş Türkiyə Ermənistanın üzünə hava dəhlizini qapadıb.

Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.