Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Zaqatalada məktəbə ildırım düşdü - güclü yanğın başladı-VİDEO

13-05-2023, 22:38   


Fövqəladə Hallar Nazirliyi Zaqatalada məktəbdə başlayan yanğınla bağlı məlumat yayıb.

Musavat.com xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Zaqatala rayonu, Əliabad qəsəbəsində orta məktəb binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

***

Zaqatalada məktəbdə baş verən yanğının səbəbi məlum olub.

Musavat.com-un APA-ya istinadən verdiyi məlumata görə, binanı ildırım vurub.

Üçmərtəbəli 360 şagird yerlik məktəb 2007-ci ildə istifadəyə verib. Hazırda məktəbdə 190 şagird təhsil alır.

Əldə olunan məlumata görə, məktəb binasının dam örtüyü tam yanıb. Yanğının sinif otaqlarına keçməsinin qarşısı alınıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar