Türkiyədə prezident və 28-ci çağırış parlament seçkiləri üzrə səssaymada ilkin məlumatlar açıqlanıb: Recep Tayyip Erdoğanın səs nisbəti 60 faizi keçsə də, sonrakı dəqiqələrdə bu rəqəm 56 faizə düşüb. Kamal Kılıçdaroğlu isə 33-dən başlayıb və 38 faizə yüksəlib, Anadolu Agentliyi xəbər verir.
BBC News-nin Türkiyədə olan müxbirləri müxtəlif agentliklərin fərqli məlumatlar yaydığını müşahidə edib..
Dövlət xəbər agentliyi Anadolu (AA) səslərin 44 faizinin hesablanmasına əsasən, prezident Erdoğanı 52,4 faiz, müxalifət namizədi Kılıçdaroğlu isə 41,7 faizlə önə çıxıb.
Bununla belə, müxalifətə daha yaxın olduğu bilinən özəl xəbər agentliyi olan ANKA hesablanan səslərin 31,3%-nə əsasən, Kılıçdaroğlu 47,4%, Erdoğan isə 46,8% səs toplayıb.
"Hər iki qurumun ilkin açıqlamasında Erdoğan, demək olar ki, yüzdə 60 səslə başlamışdı. Daha çox səs sayılarkən bu fərqin azaldığını gördük", - BBC müxbirləri yazıb.
Ankara və İstanbul bələdiyyə başkanları Mansur Yavaş və Ekrem İmamoğlu keçirdikləri brifinqdə bildiriblər ki, 24 faizə yaxın səsvermə qutusu açılıb və burdakı nəticəyə görə Kamal Kılıcdaroğlu irəlidədir.
Cümhuriyyət Xalq Partiyasının sözçüsü və sədr müavini Faik Öztrak səsvermənin açıqlanmış ilkin nəticələri ilə bağlı açıqlama verib. Seçkidə iştirak nisbətinin rekord səviyyədə olmasını bildirən Öztrak "Anadolu Agentliyi də ənənəvi manipulyasiyalarını son dəfə edir" deyib.
Müşahidəçilərin səhərə qədər seçki qutusunun yanından ayrılmayacaqlarını vurğulayan Öztrak "İndiyə qədər aldığımız nəticələrə görə, mənzərəni müsbət görürük. Vətəndaşlarımızdan verəcəyimiz bəyanatları izləmələrini xahiş edirik. Açılan seçki qutularının sayı qənaətbəxş həddə çatanda rəqəmləri açıqlamağa başlayacağıq".
Türkiyə Mərkəzi Seçki Komissiyası Recep Tayyip Erdoğanın şəklinin arxasına vurulan möhürün digər tərəfdən göründüyü bülletenlərin etibarlı olduğuna qərar verib. Az öncə Türkiyə MSK-sı bununla bağlı xeyli müraciətlər aldığını açıqlamışdı.
Türkiyə İşçi Partiyası (TİP) başda olmaqla bəzi partiyalar bəzi seçki qutularında seçki komissiyasının möhürünün seçki bülletenlərinin ön tərəfinə vurulduğunu bildiriblər, eləcə də bəzi bülletenlərdə arxa tərəfə vurulmuş möhürün mürəkkəbi bülletenlərin üz tərəfinə keçib. YSK müraciətlər araşdırıldıqdan sonra bu bülletenlərin etibarlılığına qərar verib.
Türkiyə Mərkəzi Seçki Komissiyasının rəhbəri Ahmet Yener "indiyədək quruma hər hansı pozuntu ilə bağlı məlumat" daxil olmadığını açıqlayıb.
"14 may 2023-cü il bazar günü keçirilən prezident seçkiləri və 28-ci çağırış parlament seçkilərinə yekun vurulub. İdarə Heyətimizə indiyədək heç bir mənfi hal məlum olmayıb. Ölkə daxilində səsvermə zamanı bir partiya müşahidəçisi və 2 vətəndaşım infarkt keçirərək vəfat edib", - qurum rəhbəri deyib.
Türkiyə Mərkəzi Seçki Komissiyasının qərargahına gedən bütün yollar avtomobil və piyadaların hərəkətinə bağlanıb.
Mətbuat mənsubları da keçid məntəqələrindən keçirilərək MSK-nın binasının qarşısına aparılıb.
Recep Tayyip Erdoğan seçki bitdikdən sonra müşahidəçiləri seçki bülletenlərinin olduğu qutulara "sahib çıxmağa" çağırıb.
Bu məqalədə Twitter məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Twitter kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Qəbul edin və davam edinPaylaşımın sonu Twitter, 1
Seçkilərdə Erdoğanın əsas rəqibi hesab olunan Kılıçdaroğlu da müşahidəçilərdən qutuların yanından "nə olursa olsun" ayrılmamağı istəyib.
Bu məqalədə Twitter məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Twitter kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Qəbul edin və davam edinPaylaşımın sonu Twitter, 2
Erdoğanvə Kılıçdaroğlu seçki nəticələrini Ankaradan izləyirlər
Prezidentlik uğrunda yarışda əsas rəqiblər sayılan AKP sədri və Cumhur İttifakı birliyinin prezidentliyə namizədi Recep Tayyip Erdoğan İstanbulda, CHP sədri, Millət İttifaqı Birliyinin prezidentliyə namizədi Kemal Kılıçdaroğlu isə Ankarada səs veriblər.
Erdoğan və Kılıçdaroğlu seçkinin nəticələrini Ankaradan izləyəcəklər.
Bazar günü Türkiyədə həm ölkə prezidenti, həm də millət vəkilləri seçilib. Seçki məntəqələri Türkiyə vaxtı ilə saat 08:00-da açılıb və saat 17:00-da bağlanıb.
Ölkə üzrə 1094 dairə seçki komissiyasında 191 mindən çox seçki məntəqəsi fəaliyyət göstərir. Ölkə daxilində 60 milyon 700 minə yaxın seçici qeydə alınıb.
Parlament seçkilərində iştirak edən bəzi partiyalar 4 seçki blokunda birləşərək ittifaq yaradıblar: Sosialist Güc Birliyi İttifaqı (TKP, TKH, Sol Partiya), Cumhur İttifaqı (BBP, AKP, YRP, MHP. HÜDA-PAR), Əmək və Azadlıq İttifaqı (YSP, TİP), Millət İttifaqı (CHP, İYİ Partiya. Demokrat, Gələcək, DEVA və Səadət partiyaları)
Şənbə günü saat 18:00-dan başlayaraq təbliğat 24 saat ərzində qadağan edilib. Təbliğat məzmunlu xəbərlər və yayımlar bazar günü seçki məntəqələri bağlanana qədər qadağa altında olacaq.
Bazar günü saat 18.00-a qədər proqnoz vermək və seçki nəticələrini şərh etmək qadağan edilir.
Prezident postu uğrunda üç namizəd - hazırkı Prezident Recep Tayyip Erdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparıblar.
Dördüncü namizəd - Məmləkət Partiyasının sədri Muharrem İnce seçkilərə üç gün qalmış namizədliyini geri götürüb. Yüksək Seçim Qurumu isə (Türkiyənin Mərkəzi Sseçki Komissiyası) bildirib ki, İnceye verilən səslər etibarlı sayılacaq.
Prezidentlik uğrunda yarışan namizədlərdən biri səslərin 50 faizini yığarsa, birbaşa prezident seçiləcək.
Səslərin yarısı heç kim tərəfindən yığılmasa seçkilərin ikinci turu keçiriləcək.
Türkiyədə prezidentlik vəzifəsinin icrası müddəti 5 ildir.
BBC.com