AKP qalib oldu: Ərdoğan II turda nə edəcək?

15-05-2023, 09:41   




Hazırkı nəticələrə görə, Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turu olacağı artıq yəqinləşib.

Axar.az xəbər verir ki, namizədlərin heç biri 50+ səs faizi toplamadığından, 28 mayda ikinci turun olacağı şübhəsizdir.

Seçkilərdə sürpriz nəticəni ATA İttifaqının namizədi Sinan Oğan göstərdi. Hər kəs 2% civarında səs gözlədiyi halda, Sinan Oğan 5,2%-dən yuxarı səslə müşahidəçiləri təəccübləndirdi.

Digər maraqlı məqam isə Millət İttifaqının – 7 partiyanın birləşməsi və Qərbin dəstəyini almasına baxmayaraq, Ərdoğana ciddi şəkildə məğlub olmasıdır. Ərdoğan 49,4 faizdən yuxarı səslə, 44,9 faizə yaxın səs toplayan Kamal Kılıçdaroğlunu ciddi şəkildə - 2,3 milyondan çox səslə qabaqladı.

Ən ciddi rəqabət parlament seçkisində getdi. Ərdoğan və Baxçalının rəhbərlik etdiyi Cümhur İttifaqı 49,5% səs topayaraq, ən yaxın rəqibi Millət İttifaqını (35,1%) qabaqladı.

Parlamentdə səs çoxluğunu qazanan Cümhur İttifaqı 28 mayda keçirilməsi gözlənilən ikinci turda böyük şans əldə etmiş oldu. Belə ki, hazırda Cümhur İttifaqının 300 (təxminən) millət vəkili yerinə sahib olduğu görünməkdədir.

Bunu Cümhur və Millət ittifaqları namizədlərinin davranışlarında da görmək mümkündür. Ərdoğan gecədən çox keçməsinə baxmayaraq, tərəfdarlarının qarşısına çıxaran, balkon çıxışı etdi və qələbə mesajını verdi.

Kılıçdaroğlu isə tərəfdarlarının önünə çıxmadı, tərəfdarları da gecə yarıdan sonra CHP mərkəzi qərargahının önündən dağılışmağa başlamışdılar. Kılıçdaroğlu “Altılı masa”nın digər liderləri ilə CHP qərargahında media mənsublarının önünə çıxaraq, qısa açıqlamanı vərəqdən oxudu və ikinci turda qalib gələcəyini deməklə kifayətləndir.

Beləliklə, Sinan Oğanla razılaşma əldə edən Cümhur İttifaqının prezidentliyə namizədinin – Ərdoğanın 28 mayda qalib olacağı böyük ehtimaldır.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.