“Kim qalib gələcəksə, gəlsin. Ümid edirəm ki, bu belə olacaq. Dünyanın o hissəsində kifayət qədər problemlər var”.
“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Türkiyədəki prezident və parlament seçkiləri ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Türkiyədəki seçkilərdə qarşıdurma ola biləcəyini deyən jurnalistlərə isə Baydenin cavabı bu cür olub: “Bu doğrudurmu? Mənə heç bir məlumat daxil olmayıb”.
Xatırladaq ki, seçkidən bir gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ərdoğanı devirmək əmrini Bayden verdi” ifadəsini işlədərək, ABŞ-nin Türkiyədəki seçkilərə müdaxilə etməyə çalışdığını bildirmişdi.
ABŞ Dövlət Departamenti isə yaydığı bəyanatda Vaşinqtonun seçkiləri yaxından izlədiyini və tərəf tutmadığını bəyan etmişdi.
“AzPolitika.info”