İngiltərənin "Ekonomist" nəşri prezident seçkilərində ikinci tur üçün üstünlük əldə edən Rəcəb Tayyib Ərdoğana qarşı kampaniyaya başlayıb.
Axar.az xəbər verir ki, nəşr Kılıçdaroğlunun ikinci turda qalib gəlməsi üçün London investorlarını birjada spekulyasiya etməyə çağırıb.
CHP liderinə məsləhət verməyə davam edən Londondakı maliyyə dairələrinin də izlədiyi bir şəxs olan ingilis iqtisadçı Timoti Eş London investorlarına zəng edərək, ikinci turdan öncə birjada spekulyasiya ilə iqtisadiyyatı hədəf almalarını təklif edib.
“İstanbuldakı səhmlərinizi satın, cəmiyyət iqtisadiyyatın pisləşdiyini hiss etsin, səsini dəyişsin", - deyə Eş səhmdarlara çağırış edib.
Bir müddət öncə "Kılıçdaroğlu qalib gəlsə, Türkiyə yenidən Qərb cəbhəsinə qollarını açacaq” deyən Eş ötən gün Tvitter hesabında etdiyi paylaşımla diqqətləri yenidən özünə cəlb edib:
"Kılıçdaroğlu ilə bir neçə ay əvvəl Londonda digər investorlarla görüşdüm və onun suallara verdiyi cavabların zəif olduğunu düşündüm. Narahatlığım nədənsə gerçəkləşdi. Kılıçdaroğlunun zəif tərəflərini əvvəldən bilən müxalifət - Maral Akşənər bir növ "gəmidən qaçmağa" da çalışdı".