İmamoğlu və Yavaş CHP binasını zəbt etdi – Şok məlumat

17-05-2023, 14:25   




Türkiyədə 14 may seçki günündə Mənsur Yavaş və Əkrəm İmamoğlu Cümhuriyyət Xalq Partiyasının əsas binasına gələrək, öz tərəfdarları ilə bəzi mərtəbələri zəbt edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzetinin yazarı Mahmud Övür özünün “O gecə CHP mənzil qərargahında nə oldu?” adlı yazısında bəhs edib.

Övür sözügedən şəxslərin artıq seçkini qazandıqlarına əmin olduqlarını və nüfuz müharibəsinə başladıqlarını vurğulayıb:

“Amma əsl biabırçılıq o gecə CHP-nin mənzil-qərargahının mərtələbələrində yaşandı. CHP-çilərin sözü ilə desək, iki bələdiyyə sədri mənzil-qərargahın 10, 11 və 12-ci mərtəbələrinə əl qoyaraq, sanki “çevriliş” etdilər. İzləyənlər xatırlayır, o gecə CHP sözcüsü bir dəfə çıxıb açıqlama verdi, amma bir daha görünmədi. Səbəb isə iki bələdiyyə sədrinin və adamlarının binaya əl qoyması idi. Bu səbəbdən gecə boyunca nə sədr müavinləri, nə də partiyanın sözcüsü göründü. Təşkilata cavabdeh olan Oğuz Kaan Salıcı belə ortalarda yox idi. Sadəcə CHP Baş katibi Selin Sayek Bökə vardı. Onun da orada olmasının səbəb İBB sədri İmamoğlu ilə yaxın münasibətidir.


Gələk işin ən ağır qisminə. İki “çevrilişci” sədr gecəni idarə edərkən gələcəyi də düşünməyi unutmayıblar. Seçkidə qələbə qazandıqdan sonra kimin daha çox təsir gücünə və nüfuza sahib olacağı üstündə dava başlayıb. Hətta ekrana çıxarkən kimin əvvəl danışacağı da mübahisə mövzusu olub. O seçki gecəsi məyusluqla bitərkən, qapıya yığılan 700-dən artıq yerli və xarici jurnalist də kor-peşman evinə qayıdıb. Sən demə, sadəcə “Yeddili masa” və ziyalıları yox, qlobal güc mərkəzləri də iqtidarın dəyişəcəyi xəyalını qurublar. Görəsən Ədalət və İnkişaf Partiyasının (AKP) mənzil-qərargahında o qədər jurnalist var idimi?”



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.