Putinin əkiz kimi özünə bənzəyən oğlu: Rusiya Prezidentinin neçə övladı var?

17-05-2023, 14:47   


Putinin əkiz kimi özünə bənzəyən oğlu: Rusiya Prezidentinin neçə övladı var?


Vladimir Putin soyuqqanlı diktator kimi şöhrət qazansa da, bu, mətbuatda onun Don Juan macəraları haqqında şayiələrin yayılmasına mane olmur. 

Rusiya Prezidentinin bir dəfə rəsmi nikahda olmasına baxmayaraq, internetdə onun sevgililəri və nikahsız doğulan uşaqları haqqında çoxlu məlumatlar yayılır. 

Cebhe.info Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin hələlik yeganə rəsmi həyat yoldaşı Lyudmila ilə 30 ildir evil olub. Onlar 1982-ci ildə Arkadi Raykinin konsertində tanış olublar. Bir il sonra gənclər evləniblər. 1985-ci ildə nənənin şərəfinə Mariya adlandırdıqları böyük qızları dünyaya gəlib. Bir il sonra Vladimir Vladimiroviçin Yekaterina adlı ikinci qızı doğulub. 

Rusiya Federasiyasının Prezidenti ailəsini müzakirə etməyi sevmir. Bu baxımdan o, qərbli həmkarlarından çox fərqlənir. Məsələn, ABŞ-ın keçmiş prezidenti Barak Obama qızları haqqında məlumatları jurnalistlərlə bölüşməkdən həmişə məmnun olub. Putinin cəmi bir dəfə müsahibəsində qeyd edib ki, onun varisləri heç vaxt xaricdə yaşamayıblar və artıq nəvələri var. 

Ancaq Qərb mediası Putinin qızları haqqında müxtəlif şeylər yazır. Onun böyük qızı Mariya bir neçə il əvvəl "Qazprombank"ın keçmiş top meneceri hollandiyalı Jorrit Joost Faassenlə evlənib.

Belə bir fikir var ki, Rusiya Federasiyası Prezidentinin qızı bir müddət Hollandiyanın Vorşoten şəhərində yaşayıb və bu, təbii ki, Putinin sözlərinə ziddir. Mariya endokrinologiya üzrə fəlsəfə doktorudur. Hazırda Moskvada Endokrinologiya Mərkəzində baş elmi işçi vəzifəsində çalışır. Xeyriyyəçilik fəaliyyəti ilə  məşğul olur. Onun dəstəklədiyi fond endokrin sistem xəstəlikləri olan uşaqlara yardım göstərir.

O da maraqlıdır ki, Putinin sevgilisi olduğu deyilən, özündən 35 yaş kiçik Alina Kabayevanın dünyaya gətirdiyi iki oğlunun da atasının Rusiya Prezidenti olduğu deyilir. Hətta bir müddət əvvəl mətbuatda A.Kabayevanın boyük oğlunun sinif otağında çəkilən fotosu yayılıb və onun  Putinə hədsiz bənzərliyi diqqət çəkib. Ancaq qısa müddət sonra fotoların əksəriyyəti silinib və həmin yazı linkinin yerinə Putinin rəsmi nikahdan doğulan övladları barədə material yerləşdirilib. 

Bəzi məlumatlarda isə uşağın Putinin oğlu yox, nəvəsi olduğu deyilib. Ancabu fakt da nə təsdiq, nə təkzib edilib.

Xəzər
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.