Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) baş katibi İsmət Büyükataman ATA İttifaqından prezidentliyə namizəd olan Sinan Oğanın keçmişdə MHP sədri Dövlət Baxçalı ilə liderlik yarışına girdiyi üçün partiyadan qovulması ilə bağlı iddiaları təkzib edib.
Musavat.com xəbər verir ki, MHP-nin baş katibi Sinan Oğanın 2014-cü ilin iyununda keçirilmiş prezident və 2015-ci il parlament seçkilərindən əvvəl və sonra partiya nizamnaməsinə uyğun olmayan açıqlamalar verdiyini xatırladıb.
Sinan Oğanın sosial media hesablarında da bu cür paylaşımlar etdiyi bildirən Büyükataman onun bu səbəbdən 26 avqust 2015-ci ildə Mərkəzi İntizam Şurasının qərarı ilə partiyadan xaric edildiyini qeyd edib.
Musavat.com