Türkiyənin sosial media seqmentində şok yaşanır: FETÖ-nün yaydığı şifrəli məlumatlar tam reallaşıb - FOTOLAR

25-05-2023, 10:09   


FETÖ terror təşkilatına aid 'Enes Halifekan' hesabının 2016-cı ildə etdiyi Twitter paylaşımları türk sosial media istifadəçilərini şoka salıb.

Musavat.com bu barədə Türkiyənin "Yeni Şafak" saytının rus versiyasının telegram kanalına istinadən xəbər verir.

Sosial media istifadəçilərinin qeyd etdiyi kimi, paylaşımlar vahid planın ayrı-ayrı hissələrinə bənzəyir və bu hesabdan FETÖ terror təşkilatı üzvlərinə təlimat mesajlarının ötürülməsi üçün istifadə edildiyi bildirilir.

Bu hesabdan Twitter-də ümumilikdə 160 minə yaxın paylaşımlar edilib, onlardan bəziləri aşağıdakılardır:

İYİ adlı partiya yaradılacaq (2017-ci ildə yaradılıb).

Davudoğlunun partiyası yaradılacaq (2019-cu ildə yaradılıb).

"DEVA" partiyasının yaradılacağına eyham vurulub (2020-ci ildə yaradılıb).

Həmçinin toyda baş verəcək partlayışla bağlı dərc olunan paylaşımdan iki gün sonra Qaziantepdə bomba partlayışı olub. Bu terror hücumu nəticəsində 59 nəfər həlak olub.

2018-ci il seçkilərində istifadə olunan "Hər şey yaxşı olacaq" şüarı bu hesabdan elan edilib.

Mənsur Yavaşın Ankarada qələbəsinə bələdiyyə seçkilərindən xeyli əvvəldən eyham vurulub.

Prezidentin guya “altı ox”un arasından seçiləcəyi bildirilib ("altılı masa" yaradılıb).

Müxalifətdən prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun hazırda istifadə etdiyi “Xəlil İbrahimin süfrəsi” ilk dəfə həmin hesabdan gündəmə gətirilib.

İyulda dövlət çevrilişinə cəhd göstəriləcəyinə eyham edilib.

Təxminən 300 milyard dollar mövzusu da bu hesabdan gündəmə gətirilib. Daha sonra isə CHP sədri və “altılı masa”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlu hakimiyyətə gələrsə, ölkəyə 300 milyard dollar qazandıracağını bildirib.

İYİ partiyanın başqanı Meral Akşenerin son aylarda K.Kılıçdaroğlunun namizədliyini qəbul etməməsi, masanı dağıdıb, şərtlərlə geri qayıtmasına eyham vurulub.

"Konya bir ölkədir" tezisi işlədilib. Məhz bundan sonra K.Kılıçdaroğlu Konyada etdiyi çıxışda "Konya Hollandiyadan daha böyük bir ölkədir" ifadələrini dilə gətirib.

İstanbulun Beşiktaş rayonunda Vodafone arenada cəsədlərin olacağı ilə bağlı elandan cəmisi 5 gün sonra İstanbulun Beşiktaş səmtindəki Vodafone parkı yaxınlığında iki intiharçı terror hadisəsi törədib.

Həmçinin Türkiyə cəmiyyətində böyük şoka səbəb olan bir çox başqa məlumatlar ifşa olunub, hazırda bu məsələ ictimai müzakirələrin əsas mövzusuna çevrilib...

 

Musavat.com


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.