Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Astrologiyanın şanslı BÜRCLƏRİ - İlin ikinci yarısında QAZANCLARI ARTACAQ

26-05-2023, 12:21   



2023-cü ilin sonu bəzi bürclər üçün çox düşərli olacaq. Belə ki, onlar yeni iş sahələrinə keçid edəcək və bu, onlara uğur gətirəcək.

Sfera.az bu dəfə həmin bürclərlə bağlı məlumatı təqdim edir:

Qız bürcü – İlin sonuna yaxın üzləri güləcək. Onlar bu il mütəmadi olaraq akademik işlərə yer verəcək, yeni təlimlər alaraq özlərini inkişaf etdirəcəklər. İlin son rübü böyük ehtimalla qız bürcləri üçün şanslı olacaq. Bu bürcün nümayəndləri bu il ən çox qazanan bürclər arasında yer alacaq.

Əqrəb bürcü - Bu il maliyyə cəhətdən də şanslı olacaqlar. Əqrəb bürcü çox çalışqan və iddialı olur. İllərdir zəhmətinin bəhrəsini ala bilməyən əqrəblər üçün bu il yaxşı xəbər var. Xüsusilə ilin ikinci yarısından etibarən onlar çox qazanacaqlar.

Dolça bürcü – Maddi baxımdan hər şeyin müsbət olacağı proqnozlaşdırılır. Mars, Venera, Merkuri və Saturnun qarşılıqlı birləşməsinə görə bu bürcün nümayəndələri qazancları sayəsində uzunmüddətli investisiyalar edə biləcəklər.

Oğlaq bürcü - Astrologiyanın ən çalışqan və işgüzar bürclərindəndir. Planlı və sistemli işlərinin qarşılığını alacaqlar. Onlar bu il iş həyatlarının zirvəsində olacaq, gəlirlərini artıracaqlar.

Şir bürcü - Uzun müddətdir ki, maliyyə çətinlikləri yaşayırlar. Xüsusilə son 2 ildə maddi cəhətdən sarsılan bu bürcün nümayəndələrini ilin sonuna doğru uğur gözləyir. Belə ki, şirlər bu il çox çalışacaq və istədikləri gəliri əldə edəcəklər. Onlar zəhmətlərinin bəhrəsini tezliklə görəcəklər. Lakin onlar həddindən artıq iddialı olmaq və işə diqqət yetirməklə sağlamlıqlarına laqeyd yanaşmamalıdırlar.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar