Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Suya qərq olan Daşkəsən: Məktəblər də bağlanıb? - RƏSMİ

26-05-2023, 12:34   


Suya qərq olan Daşkəsən: Məktəblər də bağlanıb? - RƏSMİ


Mayın 25-i axşam saatlarından başlayaraq Azərbaycanın bəzi bölgələrində qeyri-sabit hava şəraiti müşahidə edilib.

Bu cür hava şəraiti dağlıq rayonlarda bir sıra fəsadlara səbəb olub.

Qeyd edək ki, dünən axşam saatlarından başlayaraq Daşkəsən rayonu ərazisinə yağan güclü leysan yağışları rayon mərkəzi də daxil olmaqla ayrı-ayrı kəndlərdə bir sıra fəsadlar törətdiyi bildirilib. 

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Daşkəsən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müavini Elmar Əliyev deyib ki, rayonun bəzi kəndlərində yaşayış evlərinə ziyan dəyib:

“Mayın 25-i axşam saat 19 radələrindən başlayaraq güclü leysan yağışları yağdı. Nəticədə əhalinin əkin sahələrinə, eləcə də ayrı-ayrı kəndlərdə fərdi yaşayış evlərinin dam örtüyünə ziyan vurub. Kəmərqaya kəndində bir nəfər sakinə məxsus fərdi yaşayış evinin divarını uçurub. Bayan kəndi ərazisində 200 metrə yaxın qaz boru xəttini sıradan çıxarıb, axşamdan həmin əraziyə qaz verilişi dayandırılıb.

Rayonun əksər kəndlərində sel suları qaya parçalarını, palçıq kütlələrini gətirib yollara yığıb, o da nəqliyyatın gediş-gəlişinə mane olub. Biz axşam saatlarından başlayaraq bu problemi aradan qaldırmaqla məşğuluq. Həmçinin, iki elektrik transformatoru sıradan çıxıb. Elektrik və qazın verilməsinin bərpa olunması istiqamətində işlər gedir. Yollar demək olar ki, hamısı açılıb”.

Qurum nümayəndəsi təsərrüfatına ziyan dəymiş sakinlərlə görüşlər keçirildiyini, onlara köməklik olunduğunu bildirib:

“Vətəndaşlara dəymiş ziyanla bağlı daxili imkanlar hesabına Daşkəsən İcra Hakimiyyətinin başçısı dərhal axşam saatlarından sakinlərlə görüşlər keçirib, bütün köməklik də olunub. 

Bura dağlıq ərazi və tez-tez qeyri-sabit hava şəraiti qeydə alındığı üçün biz bunlara hazırıq. Məktəblərdə də şagirdlərin davamiyyətində heç bir problem yoxdur. Yəni həyat əvvəlki axarında davam edir”.

Günay Şahmar
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar