Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Sabah PKK Türkiyədə terror törədəcək? - Mühüm açıqlama

27-05-2023, 20:44   


“Türkiyə dünya siyasətində oturuşmuş və öz təhlükəsizliyini istər xarici, istərsə də, daxili düşməndən qoruya biləcək bir dövlətdir”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Azad Məsiyev deyib.

O, Türkiyənin “Yeni Şafak” qəzetinin “PKK seçkilərin ikinci turunda Türkiyədə terror törədə bilər” iddiasına münasibət bildirib.

Analitik xatırladıb ki, Türkiyə terrordan əziyyət çəkən bir dövlətdir:

“Bu baxımdan, Türkiyə dünyada terroru dəstəkləyən, terroru himayə edən təşkilatlara və siyasətçilərə barışmaz bir mövqedə çıxış edib.

Bildiyiniz kimi, Türkiyədə sabah seçki baş tutacaq və bu seçki tək Türkiyə daxilində deyil, ümumiyyətlə, dünyanın diqqət mərkəzində olan bir seçkidir. Ona görə ki, Türkiyə regional dövlətdən qlobal dövlətə çevrilməkdədir. Bunu da Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın sayəsində həyata keçirir. Ərdoğan dünya siyasətində etiraf olunan bir liderdir. Hətta bir misalı qeyd etmək istəyərəm ki, BMT-nin əldə edə bilmədiyini Ərdoğan Türkiyə adına etdi. Xatırladım ki, Ukrayna taxılını dünya bazarına çıxarmağa Rusiya icazə vermirdi, lakin Ərdoğanın sayəsində Ukrayna taxılı dünya bazarına çıxdı və qismən də olsa, dünyanı aclıqdan qurtardı”. 

Siyasi təhlilçinin fikrincə, Türkiyə NATO dövləti olsa da belə, Ukrayna münaqişəsində Birləşmiş Ştatların əlində alətə çevrilmədi və öz milli maraqları ilə yanaşı dövlət maraqlarını qoruyaraq, Rusiya ilə münasibətlərini saxladı: 

“Tarix və siyasi reallıqlar da göstərir ki, türkiyə düzgün addımlar atıb. Türkiyə vaxtilə özünü müdafiə etmək üçün Rusiyadan S-400 raket sistemini almışdı. Bilavasitə, Birləşmiş Ştatlar olmaqla, Qərb dövlətlərinin buna etiraz etməsinə baxmayaraq, Türkiyə öz mövqeyindən geri çəkilməmişdi.

Məqsəd ondan ibarət idi ki, Türkiyəni alətə çevirmək istəyirdilər. Lakin Türkiyə dövlətinin başçısı Ərdoğan bunu anlayaraq, öz mövqeyini bildirdi. Bu baxımdan, artıq başda ABŞ olmaqla, Qərb dövlətləri Ərdoğanın hakimiyyətdə qalmasında maraqlı deyillər. Bu baxımdan, onlar “Altılı Masa”nı yaratdılar və “Altılı Masa”nın lideri kimi CHP sədri Kemal Kılıçdaroğlunu seçdilər. Biz seçki kampaniyası dövründə açıq şəkildə Kılıçdaroğlunun çağırışlarının və bəyanatlarının şahidi olduq. O, milli və dövlət maraqlarına uyğun olmayan bəyanatlarla çıxış etdi. O, yeni bir “İpək Yolu” layihəsini ortaya atdı. Bu layihə nəinki Türkiyənin, o cümlədən Azərbaycanın da dövlət və milli maraqlarına uyğun deyildi. Kılıçdaroğlunun fəaliyyəti türk dünyasını birləşdirmək yox, parçalamaq anlamı yaradırdı. Daha doğrusu, Kılıçdaroğlu Türkiyəni Qərbin və ABŞ-ın əlində alətə çevirmək istəyirdi”. 

Mütəxəssis hesab edir ki, birinci turun nəticələri artıq göstərdi ki, Ərdoğan Türkiyə xalqı tərəfindən dəstəklənən bir liderdir və ikinci turda onun qalib gəlməsi şübhəsizdir:

“Hətta bir misalı qeyd etmək istəyirəm ki, birinci turun nəticələrindən asılı olmayaraq, Qərb dövlətləri, başda isə Avropa İttifaqının aparıcı təşkilatı olan ATƏT seçkiyə kölgə salmaq üçün seçkinin antidemokratik fonda keçdiyi bəyan etdi.

Bu cür cəfəngiyat bəyanatlar Ərdoğanın növbəti qələbəsinə kölgə salmaq niyyəti daşıyır. Türkiyə dünya siyasətində mövqe nümayiş etdirməklə yanaşı, demokratik dəyərləri özündə əks etdirən bir dövlətdir. Hətta Türkiyədə keçirilən seçki sistemi Avropaya nümunə olacaq, eləcə də Avropa və ABŞ-dakı seçkilərdən daha şəffaf bir seçkinin keçirildiyi nümayiş olundu”.

O, əlavə edib ki, əgər Ərdoğan diktatordursa və totalitar bir rejimə rəhbərlik edirsə, onda birinci turda hakim olardı:

“Lakin Seçkilərin birinci turu onu göstərdi ki, Türkiyə demokratik və xalqın iradəsi ilə formalaşan bir dövlətdir.

Bu gün Türkiyəni parçalamaq və onu xaricin əlində alətə çevirmək istəyən qüvvələr var. Hansı ki, bunlar Türkiyə hakimiyyətinə təzyiq etmək istəyən təşkilatlarsır. Məncə PKK-nın verdiyi bəyanatlar seçkidəki prosesə heç cür təsir edə bilməz. Təkrar edirəm, Türkiyə oturuşmuş bir dövlətdir və xaric və daxildəki düşmənlərin qarşısını ala biləcək bir dövlət kimi formalaşıbdır. Mənə elə gəlir ki, bu kimi çağırışlar xalqın iradəsini zorlaya bilməz. Türkiyə xalqı seçki sistemini mənimsəmiş bir xalqdır və öz seçimini düzgün edəcəkdir.

Türkiyə rəhbəri növbəti seçkilərdə qalib gəlməklə türkdilli dövlətləri bir ittifaq halına gətirəcək. Ərdoğan Turan İttifaqını yaratmaq uğrunda mübarizə aparır. Sabah Türkiyə xalqı tək Türkiyə Prezidentini yox, ümumiyyətlə, dünya liderini seçəcəkdir ki, bu da Ərdoğanın timsalında olacaq”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar