Öz gözlərində tiri görməyən ermənilər

23-09-2014, 14:14   
Öz gözlərində tiri görməyən ermənilərErməni KİV: İŞİD silahlıları Suriyada erməni kilsəsini partladıb
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Suriyanın şimal-şərqində yerləşən Deyr əz-Zor şəhərində Srbots Nahatak (Müqəddəs Din Şəhidləri) erməni kilsəsinin partladılması ilə bağlı bəyanat yayıb.

ANS PRESS-in məlumatlna görə, bəyanatda hadisə sərt tənqid olunur və Ermənistan xarici işlər naziri dünya birliyini “bu, mədəni bəşəriyyəti təhdid edən müsibətin kökünü üzmək, onun təchiz olunması, maliyyələşdirilməsi, dəstək və himayəçilik yollarını” kəsməyə çağırır.

Lakin məsələ bununla bitmir. Çünki ermənilərin bu kilsəsi iddiaya görə qondarma erməni soyqırımı baş verən çöldə olub və bu hadisənin 21 sentyabr Ermənistanın müstəqillik gününə təsadüf etməsi erməni siyasətçiləri möhkəm qıcıqlandırıb.

Ermənistan prezident aparatının rəhbəri Vigen Sarkisyan isə Deyr əz-Zor erməni kilsəsinin partladılması ilə bağlı Türkiyəni günahlandırıb və ölkəni “müvafiq bəyanatla” çıxış etməyə çağırıb.

Vigen Sarkisyan öz Facebook səhifəsində “Əgər Türkiyənin “Müqəddəs din şəhidləri” kilsəsinin terror aktına aidiyyəti yoxdursa, dərhal onu (məbədin partladılmasını) pisləyən bəyanatla çıxış etməlidir” - deyir.

Qeyd etmək lazımdır ki, Ermənistan agentlikləri Deyr əz-Zorda erməni kilsəsinin partladılması məlumatı Suriyanın rəsmi SANA agentliyinə istinadən yayıblar. Məlumat başqa mənbələr tərəfindən təsdiqlənməyib və hələlik heç bir təşkilat, o cümlədən, İŞİD silahlıları partlayışın törədildiyi üçün məsuliyyəti öz üzərinə götürməyib.

Xatırladaq ki, Ermənistanda və Azərbaycanın işğal altında olan ərazilərində azərbaycanlılara məxsus tarixi-mədəni abidələr, muzeylər, məscidlər, müqəddəs sitayiş yerləri, qəbiristanlıqlar yerlə-yeksan edilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın təkcə 44 məbəd və 9 məscidi məhv edilib.

Əslində yalnız özü kimiləri qəbul etməklə İŞİD terror təşkilatı ilə bənzəri olan monoetnik Ermənistan bu bəyənatla da təxribatından geri qalmır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.