İran Rusiyaya silah göndərmək üçün bu marşrutdan istifadə edir – SENSASİON DETALLAR

29-05-2023, 14:43   


İran Rusiyanı silahlandırmaq üçün Xəzər dənizindən marşrut kimi istifadə edir. Coğrafi imkanlar İrana bu imkanı verir.   

Bu barədə “Reuters” xəbər verir.

Qərbdən olan ekspertlərin və analitiklərin fikrincə, rəsmi Tehran və Moskva arasında münasibətlər dərinləşdikcə Xəzər marşrutu daha böyük əhəmiyyət daşıyacaq.

İran bu marşrutla Rusiyaya yeni zərbə PUA- ları, onların texniki vasitələrini və buraxıcı qurğularını, müxtəlif təyinatlı sursatlar, silahlar, minaatanlar və digər hərbi vasitələr göndərir.

İran PUA-ları unikal imkanlara sahib olmasa da, Ukrayna ordusu üçün əməlli başlı baş ağrısına çevrilib.

Bu cəhətdən İranın PUA-ları Rusiya ordusu üçün əvəzolunmaz vasitəyə çevrilib və böyük önəm daşıyır.  

2022-ci ildə “Lloyd’s List Intelligence”in hesabatına əsasən Xəzərdə müşahidə sistemlərində boşluqların sayında artımın olduğu aşkar edilib. Bu hadisə, Ukrayna və ABŞ-ın Rusiyanın ötən ilin yayında İrandan PUA-lar aldığını söyləməsindən qısa müddət sonra baş verib.

Belə ki, bu marşrutdan təhlükəsiz şəkildə izləmədən kənar istifadə etmək üçün Rusiya və İran bölgədə REM, yəni radioelektron mübarizə vasitələrindən istifadə edir. Bəzən gəmilər radar və ölkə tanıma sistemlərini belə söndürürlər.

Bundan əlavə, yüksək ötürücülük qabiliyyətinə malik hərbi peyklərə yaxalanmamaq üçün yola salınan yük gəmiləri maskalanır.

Yəni, həmin gəmilərə əvvəlcə hərbi təyinatlı məhsullar yüklənir, daha sonra yola çıxmamışdan öncə gəmiyə müxtəlif qida məhsulları və s. yüklənir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar