Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətindəki müdafiə mövqelərindən hücuma başlayıb.
Musavat.com UNİAN-a istinadfən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.
Onun sözlərinə görə, son sutka ərzində Ukrayna ordusu Baxmut istiqamətində müxtəlif mövqelərdə 200 metrdən 1100 metrə qədər irəliləyib.
Malyar qeydedib ki, Rusiya ordusunun bölmələri bu istiqamətdə müdafiəyə keçib.
Qeyd edilib ki, ordu öz mövqelərini qoruyub saxlamaq üçün qüvvələri cəmləşdirib.
Musavat.com