SON DƏQİQƏ! Məxfi sənədlər ortaya çıxdı: Şahzadə Salman ABŞ-a çox qəzəblənib

10-06-2023, 17:02   


Ötən aylarda ABŞ və Səudiyyə Ərəbistanı arasında neftin qiyməti ilə bağlı yaşanan problemin ictimaiyyətə məlum olandan daha dərin olduğu iddia edilib.

Musavat.com "Washington Post"a istinadən xəbər verir ki, Ər-Riyad rəhbərliyi Vaşinqtonun qarşı çıxdığı hasilat azaldılmasını kameralar qarşısında diplomatik şəkildə müdafiə etdiyi halda, əslində, Şahzadə Məhəmməd bin Salman “ABŞ-ı iqtisadi bədəl ödəyəcəyi ilə” hədələyib.

Ötən payızda ABŞ-da inflyasiyanın pik həddə çatdığı vaxt prezident Co Bayden neft ixrac edən ölkələrin təşkilatı olan OPEK-də sözü keçən Səudiyyə Ərəbistanını hasilatı artıraraq enerji qiymətlərini aşağı salmağa məcbur etdi. Baydenin xəbərdarlığına baxmayaraq, Ər-Riyad rəhbərliyi “bu qiymət investisiyaların davamlılığı üçün yetərli deyil” deyərək hasilatı azaltmağa qərar verib və qiymətləri yüksəldib.

"Washington Post" yazır ki, sızan Pentaqon sənədləri arasında olan məlumata görə, o zaman ABŞ-ın münasibətindən qəzəblənən vəliəhd Məhəmməd, hətta Vaşinqtonla münasibətləri tamamilə pozmağı belə düşünüb. 

Musavat.com


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.