Alimləri zəlzələlər və kosmik radiasiya arasında əlaqəni sübut ediblər.
Cebhe.info xəbər verir ki, bu əlaqəni Polşa Elmlər Akademiyasının Krakovdakı Nüvə Fizikası İnstitutunun təşəbbüsü ilə həyata keçirilən CREDO layihəsinin iştirakçıları tapıblar.
Tədqiqatın nəticələri “Journal of Atmospheric and Solar-Terrestrial Physics” jurnalında dərc olunub.
Əvvəllər mütəxəssislər qlobal seysmik aktivlik və kosmik şüalanmanın intensivliyindəki dəyişikliklər arasında müəyyən statistik əlaqəni artıq qeyd ediblər. Bu amilin təbii fəlakətləri daha yaxşı proqnozlaşdırmağa kömək edəcəyi güman edilir.
Yeni araşdırmada CREDO əməkdaşları layihənin iki stansiyasından- Neytron Monitorundan (son 50 il ərzində toplanmış) və Pierre Auger Rəsədxanasından (2005-ci ildən toplanmış) kosmik şüaların intensivliyi məlumatlarını təhlil ediblər. Bu müşahidə mərkəzləri ekvatorun hər iki tərəfində yerləşir və müxtəlif aşkarlama üsullarından istifadə edir ki, bu da daha yaxşı təhlil etməyə imkan verir. Müəlliflər Yerin günəş və seysmik aktivliyindəki dəyişiklikləri də tədqiq ediblər.
Statistik təhlillər göstərdi ki, tədqiq olunan dövr ərzində ikinci dərəcəli kosmik şüalanmanın intensivliyindəki dəyişikliklərlə maqnitudası dörddən çox və ya ona bərabər olan bütün zəlzələlərin cəmi arasında aydın korrelyasiya var. Bununla belə, bu əlaqə yalnız kosmik şüa məlumatları seysmik məlumatlardan 15 gün əvvəl yerdəyişdikdə sabitləşir.
Bunun əsasında zəlzələlərin baş vermə vaxtını proqnozlaşdırmaq mümkün olacaq, lakin bu metodun onların yerini dəqiq müəyyən etməyə kömək edib-etməyəcəyi hələlik bəlli deyil.
Başqa bir kəşf korrelyasiyanın dövriliyi idi. Məlum olub ki, maksimum təsadüf hər 10-11 ildən bir baş verir, bu, Günəş aktivliyi dövrünə uyğun gələn dövr. Lakin ulduzun maksimum aktivliyi ilə üst-üstə düşmür. Bundan əlavə, həm kosmik şüalarda, həm də seysmik məlumatlarda naməlum təbiətli digər ümumi dövriliklər aşkar edilib.
Alimlər müəyyən ediblər ki, korrelyasiya Günəş sistemindən kənar hansısa faktorun səbəb ola bilər. Nəzəri izahlardan biri, məsələn, Yerin qaranlıq maddə axınından keçməsi ola bilər.
Xəzər
Cebhe.info