Bu qan qrupu olan insanlar xərçəngə daha az tutulur

21-06-2023, 20:09   


Bu qan qrupu olan insanlar xərçəngə daha az tutulur


İnsanın qan qrupu ilə xərçəng riski arasında əlaqə varmı? 

Koreya İnstitutunun alimləri bu suala cavab verməyə çalışıblar.

Cebhe.info  “Life”-a istinadən yazır ki, onlar 25 il ərzində 1,5 milyondan çox onkoloji hadisəni təhlil ediblər. 

Buraya xəstələrdə xəstələnmə və qan qrupu haqqında məlumatların müqayisəsi daxildir.

Alimlər xərçəng xəstələri siyahısında ikinci qan qrupu olan insanların daha az olduğunu aşkar ediblər. Onların xərçəngə tutulma ehtimalı daha azdır. Alimlər bu əlaqənin dəqiq səbəbini hələ təyin etməyiblər.

Onlar ikinci qan qrupu olan insanların qanında şişlərin inkişafını stimullaşdıra bilən daha az antigenin olduğuna dair bir versiya irəli sürüblər. Qan qrupunun insanın immun sisteminə təsir göstərməsi də mümkündür ki, bu da xərçəngin inkişaf riski ilə bağlıdır.

Xəzər
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.