Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Titanik”i görmək üçün 250 min verib, ölənlər… - Foto

23-06-2023, 15:29   




“Titanik”i batdığı yeri görmək üçün adambaşına 250 min dollar verərək, ölümü satın alanlar haqda məlumatlar yayılmaqdadır.

Axar.az xəbər verir ki, bahalı səyahətə gedənlərin hamısı çox varlı olmaları ilə bərabər, həm də tanınmış şəxslərdir.

Belə ki, “Titan”da həyatını itirənlərın hamısı milyarderlər və nüfuzlu şəxslər olub.

Ölənlər “Titan”ın istehsalçısı “OceanGate” şirkətinin sahibi Stokton Raş, beynəlxalq elmi kəşflər aparan “Explorers Club”un üzvü Pol-Henri Nargeolet (73 yaş), ingilis milyarder Hamiş Hardinq (58 yaş), Pakistanın ən varlı şəxslərindən olan Şahzadə Davud (48 yaş) və onun 19 yaşlı oğlu Süleymandır.

Məlumata görə, Şahzadə Davud “Titanik” vurğunu olsa da, atasından fərqli olaraq, Süleyman bu səyahətə hazır olmayıb.

Süleymanın bibisi Əzmi Davud “NBC Nyus”a açıqlamasında qardaşı oğlunun okeanın dibinə enməkdən qorxduğunu deyib:

“Bu səyahətə hazır olmadığını demişdi. Lakin səfər Atalar Gününə təsadüf edirdi və Süleyman da atasını sevindirmək istəyirdi”.

Qeyd edək ki, Şahzadə Davud Pakistanın məşhur Davud xanədanlığının varisi idi. Britaniya vətəndaşlığına malik olan ailə İngiltərədə yaşayırdı.



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar