Priqojin niyə qiyam etdiyini açıqladı: "İyulun 1-də bizi ləğv edəcəkdilər"

26-06-2023, 20:59   

Rusiyada dövlət çevrilişinə cəhdin rəhbəri olan, Vladimir Putinin hakimiyyətinə meydan oxuduqdan bir neçə saat sonra əldə olunan razılaşma ilə döyüşçülərini geri çəkən "Vaqner" muzdlu qruplaşmasının lideri Yevgeni Priqojinin harada olduğu müzakirə edilərkən ondan diqqətçəkən açıqlama gəlib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Priqojin deyib: "“Vaqner"ə bağlı döyüşçülərdən heç biri Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa razı olmadı. Yox olmamaq üçün ədalət yürüşünə başladıq. "Vaqner" iyulun 1-dən etibarən ləğv edilməli idi”, - deyə o bildirib.

Xatırladaq ki, Yevgeni Priqojin iki gün əvvəl qiyama başladığı ərəfədə Telegram-da aşağıdakı məzmunda səs yaymışdı:

“Hazırda biz hər yerdə sərhədi keçmişik. Sərhəd qoşunları döyüşçülərimizi qucaqladı. İndi Rostova giririk. Müdafiə Nazirliyi tərəfindən yolumuzu kəsmək üçün göndərilən əsgərlər, yolumuzdan kənarda durun. Biz uşaqlarla döyüşmürük. Müdafiə Nazirliyinin bizi dayandırmaqüçün göndərdiyi əsgərlər yolumuzdan çəkilsin. Biz uşaqları öldürmürük. Uşaqları təlim keçmədən cəbhəyə ataraq öldürən Şoyqudur. Yolumuza mane olan hər kəsi məhv edəcəyik. Biz sona qədər gedəcəyik”.

Böyük Britaniya mediası belə bir məlumat yayıb ki, Priqojinin de-marşını yarımçıq saxlaması "Vaqner" muzdlularının ailələrinin Rusiya xüsusi xidmət orqanları tərəfindən nəzarətə alınması, döyüşçülərin şantaj edilməsi səbəbindən olub. 

Musavat.com

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.