İranın hüquq-mühafizə qüvvələrinin baş komandanı, briqada generalı Əhməd Rza Radan 2 günlük səfərlə Moskvadadır.
Yenisabah.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfirliyi məlumat yayıb.
O, çərşənbə axşamı Moskvaya gələn nümayəndə heyətinə başçılıq edir.
İranlı general Rusiya təhlükəsizlik və hüquq-mühafizə orqanlarının rəsmiləri ilə görüşlər və danışıqlar aparacaq.
Səfər zamanı Ə. Radan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Milli Qvardiyanın direktoru Viktor Zolotovla görüşəcək.
“Səfər zamanı hüquq-mühafizə sahəsində əməkdaşlıq memorandumunun imzalanması, Rusiya polisinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə malik olduğu potensial və imkanların ziyarət edilməsi və yoxlanılması, həmçinin təhlükəsizlik və hüquq-mühafizə orqanlarının rəsmiləri ilə danışıqların aparılması planlaşdırılır”, - deyə məlumatda vurğulanır.