Qiyam günü Rusiyadan qaçmağa hazırlaşan məmurlar: Siyahı hazırlanır

27-06-2023, 20:58   


Qiyam günü Rusiyadan qaçmağa hazırlaşan məmurlar: Siyahı hazırlanır


Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin rəhbərinə iyunun 24-də Rusiyanı tərk etməyə cəhd edən dövlət qulluqçularının və dövlət korporasiyalarının işçilərinin kimiyini yoxlamaq və siyahı hazırlamağı tapşırılıb. 

Cebhe.info xəbər verir ki, tapşırığı Dövlət Dumasının sədri Vyaçeslav Volodin verib. 

Təhlükəsizlik komitəsinin sədrinə hüquq-mühafizə orqanları ilə birlikdə mühüm vəzifə tutan, dövlət qulluğunda, dövlət orqanlarında, səhmdar cəmiyyətlərdə çalışan şəxslərdən kimlərin qaçmağa cəhd etdiyinin təhlili tapşırılıb. Siyahı daha sonra ictimailəşdiriləcək.

"Bu şəxslər cəzalandırılmalıdır. Biz görməliyik ki, dövlət qulluqçularından hansısa belə bir addım atıb, yaraşmayan hərəkətlər edib. Onlar utanmalıdırlar.

Xalqımız belə adamlara dəstək olmamalıdır, onlar dövlətə, xalqa xidmət etməlidirlər. Biz də müvafiq tədbirlər görəcəyik”, - deyə Volodin bildirib.

“Ədalətli Rusiya - Həqiqət naminə” partiyasının rəhbəri Sergey Mironov da iyunun 24-də üsyan cəhdi günü ölkəni tərk edən və ya getməyə cəhd edənlərin adlarını açıqlamağa çağırıb.

Xəzər
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.