“Quranı” yandırmaq icazəsi qanuni olsa da... - Kristersson

28-06-2023, 21:50   




İsveç polisinin “Quranı” yandırmaq icazəsi qanuni olsa da, yersizdir.

Axar.az xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson deyib.

Eyni zamanda, o, bu hərəkətin İsveçin NATO-ya daxil olmasına təsiri ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

Onun sözlərinə görə, indi sakit qalmaq və ölkənin uzunmüddətli perspektivləri haqqında düşünmək lazımdır.

Qeyd edək ki, İsveç polisi Qurban bayramının ilk günündə məscid yaxınlığında “Quran”ın yandırılması aksiyasına icazə verib. Polis əvvəlcə nümayişçilərə icazə verməsə də, aksiya iştirakçıları məhkəməyə müraciət etdikdən sonra icazə alıblar.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.