“Təxribatlar buna görə törədilir” – Rusiyanın SENSASİON məqsədi üzə çıxdı

29-06-2023, 20:36   


““Qisas”a qədər də əməliyyatların keçirildiyini və erməni terrorçularının onların heç birindən dərs almadıqlarını nəzərə alsaq, düşünmürəm ki, bu dəfə də dərs alalar. Biz kimin dərs alıb-almamasından asılı olmayaraq, bölgədə ölkəmizin təhlükəsizliyi təminatı adına Qarabağda olan terrorçu qrupları tez bir zamanda zərərsizləşdirməliyik”.

Bu fikirləri Musavat.com-a açıqlamasında hərbi ekspert Alp Arslan İmamqulu deyib.

alp.png (258 KB)

Ekspert hesab edir ki, irimiqyaslı antiterror əməliyyatları ilə məsələyə son qoymaq lazımdır:

“Siyasi iradəmiz olaraq Ali Baş Komandan artıq sərt mesajlar verib. Ona görə də hər an antiterror əməliyyatlarına başlayacağımız gözləniləndir.

Bütün əməliyyatlarda qarşı tərəfdə terrorçular var. Terrorizm beynəlxalq bəladır. Ona görə də bu bəlada hər kəs Azərbaycanın yanında olmalıdır”.

“Rusiya Azərbaycanın apardığı əməliyyatlara hansı formada reaksiya göstərə bilər?” sualına hərbi ekspert belə cavab verib:

“Bu gün Rusiyanın başı özünə qarışıb. Mövcud vəziyyətdən mənafeyimizə uyğun şəkildə istifadə etməliyik. Amma əlbəttə, Rusiya Cənubi Qafqazdan çəkilməmək adına addımlar ata bilər. Lakin bu, Azərbaycan ərazilərində deyil, Ermənistanda ehtimal edilir. Çünki Ermənistan Rusiyadan qopmaq, Avropaya yaxınlaşmaq niyyətindədir. Rusiya da vaxtaşırı olaraq şərti sərhədlərimizdə bu cür təxribatlar törədir. Təxribatlar ona görə törədilmir ki, Azərbaycan əraziləri işğal edilsin, bu yolla Ermənistan əhalisinin Rusiyadan asılılığının göstərgəsi təmin edilir.

Biz bu cür əməliyyatlarda mənafe güdməliyik. Çünki bu əməliyyatlar tarixi torpaqlarımızda keçirilir”.

Aytən Novruz
Musavat.com



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.