Priqojin yenidən üsyan edəcək, bu dəfə fərqli formada...

2-07-2023, 13:06   




"Vaqner" lideri Yevgeni Priqojin Rusiyada üsyanı təkrarlamağa çalışacaq, lakin bu dəfə bunu Rusiya hüquq-mühafizə orqanlarının köməyi ilə edəcək.

Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı sosioloq və publisist İqor Eydman çıxış edib.

O qeyd edib ki, bu, Rusiyada mərkəzi hökumət zəiflədikdə baş verə bilər:

"Priqojindən nə alındığını və ondan nəyin qaldığını qiymətləndirmək hələ də çətindir. Priqojin vətəndaş müharibəsi dövründən tipik bir macəraçıdır. Bu insanlar dayanmır. Gücü hiss edərək özünü Rusiyanın ağası sayır. Onun bunu təkrar etmək istəyəcəyinə şübhə yoxdur. Ancaq üsullar çox güman ki, fərqli olacaq. Yəqin ki, bu, artıq onun şəxsi ordusunun Moskvaya qarşı kütləvi kampaniyası formasında olmayacaq".

Eydman hesab edir ki, yeni üsyan zamanı Priqojin təhlükəsizlik qüvvələrinin köməyindən istifadə edə bilər - o, müxtəlif insanlara rüşvət verib:

"O, fərqli insanları satın alıb. Surovikin aysberqin görünən tərəfidir, əslində belə insanlar çoxdur. O, bu resursu özündə saxlayacaq və mərkəzi hökumət zəifləyəndə, bəlkə də növbəti hərbi məğlubiyyətdən sonra Priqojin bunu təkrarlamağa çalışacaq. Onun artıq təcrübəsi var və o, uğurlu remeyk etməyə çalışacaq".


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.