Moskvanın maraqları nəzərə alınmaqla, indiki qarşıdurmadan çıxmaq üçün Rusiya ilə Qərb arasında ağlabatan kompromislər mümkündür.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev “Rossiyskaya qazeta”da dərc olunan “Qarşıdurma epoxası” adlı məqaləsində bildirib.
"Həqiqətən də biz, Rusiya prezidentinin dəfələrlə dediyi kimi, ağlabatan kompromislər axtarmağa hazırıq. Kompromislər mümkündür, lakin bir neçə fundamental məqamı dərk etməklə..."
Medvedyev ilk belə prinsipial məqam kimi Moskvanın maraqlarını “maksimum dərəcədə” nəzərə almağa çağırıb:
"Prinsipcə, daha antirusiya olmamalıdır, əks halda hər şey gec-tez çox pis bitəcək. Kiyev nasist rejimi məhv edilməlidir".
O, indiki Ukrayna hakimiyyətinin dəyişib-dəyişməməsi məsələsinə toxunmayıb:
"Lakin Qərb bizim qeyri-kamil sivilizasiyamızın apokaliptik sonunu istəmirsə, bunu qəbul etməli olacaq".