Türkiyədə dollar və avronun KƏSKİN ARTIMI: Bizi nə gözləyir? - AÇIQLAMA

20-07-2023, 19:06   


Bildiyimiz kimi, İngiltərədə funt-sterlinq artıq dollarla müqayisədə çox ucuzlaşıb. Bu problem digər ölkə valyutalarına da öz təsirini göstərir. Belə ki, avro və dollar valyutaları Türkiyədə 2.1 faiz artaraq 26.94 lirə səviyyəsini keçib. Dünya iqtisadiyyatçıları inflyasiya ehtimalına görə narahatdırlar.

Bəs bu proseslər bizim ölkəmizə də təsir göstərə bilərmi? Ümumiyyətlə, dollar və avronun digər ölkələrdə bahalaşması Azərbaycan valyutasına necə təsir edir?

Mövzu ilə bağlı Yernicag.az-a açıqlama verən iqtisadçı Əkrəm Həsənov bildirib ki, dolların dünyada bahalaşması bizim xeyrimizədir:

“Çünki bizim valyutamız dollara bağladır. Ona görə də dollar bahalaşanda bizim də valyutamız bahalaşır.

Deməli, biz daha çox onların valyutasını ala bilirik. Həmçinin malların qiyməti də bizim üçün ucuzlaşır. Yəni heç bir mənfi təsiri yoxdur. Əksinə dolların digər ölkələrdə bahalaşması bizim üçün müsbətdir”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.