Separatçılardan terror hədəsi - ŞOK DETALLAR MƏLUM OLDU

22-07-2023, 10:56   


Qarabağın nəzarətimizdən müvəqqəti kənarda qalan hissəsində Moskvanın və onun göndərdiyi “desant”, oliqarx-dələduz Ruben Vardanyanın əli ilə blokada tamaşası davam edir. Ağdam yolunun bağlanması isə artıq həm də oturduğun budağı kəsmək anlamı verir, Qarabağdakı bir ovuc hayın əslində heç bir humanitar problem yaşamadığını bariz şəkildə ortaya qoyur.

Qeyd edək ki, son olaraq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bir sıra rəsmi və işgüzar görüşlər zamanı bir daha Ağdam-Xankəndi vasitəsilə alternativ humanitar yol barədə Azərbaycanın mövqeyini ifadə edib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də iyulun 15-də Brüsseldə Ermənistan və Azərbaycan liderləri ilə görüşdən sonra bu yoldan istifadənin mümkünlüyünü bildirmişdi.

“Armenpress”in müxbiri ilə söhbətində “Artsax Təhlükəsizlik İnkişafı Cəbhəsi” adlı təxribatçı “ictimai hərəkatı”n təsisçi üzvü Arşak Abramyan isə görün nə sərsəmləyir. Sitat: “Biz aydın şəkildə bildiririk ki, bu, bizim üçün qırmızı xətdir: "Artsax" yalnız Ermənistanla sosial-iqtisadi əlaqələr saxlamalıdır. Əsas tələblərimizdə prioritet Həkəri körpüsündə qeyri-qanuni (?!- red.) quraşdırılmış Azərbaycan keçid məntəqəsinin sökülməsidir”, - deyən Abramyan sayıqlayıb və əlavə edib ki, “yaranmış humanitar fəlakət şəraitində təcili həll yolu kimi humanitar hava dəhlizinin təmin edilməsini” də tələb edilər.

Sən demə, ərazimizdəki separatçı-quldurların “qırmızı xətt”i varmış!

Beləcə, onlar hələ də özlərini dövlət içində “dövlət”də hiss edir, dövlət içində “dövlət” xülyası ilə yaşayırlar. Onlara hələ də elə gəlir ki, bayırda 2023-cü il yox, ötən əsrin 80-ci illəridir. Xəyalları Laçının, Şuşanın, Kəlbəcərin işğalı və Ermənistanla ququ əlaqənin olduğu dövrə gedib! Ağızlarında şirə qalıb.

Bu başdan xəstə məxluqlara hələ biz, üstəlik, hava dəhlizi açmalıyıq və Laçın nəzarət-keçid məntəqəsini də sökməliyik ki, guya “blokada”da olduqlarını öz əlimizlə dünyaya nümayiş etdirək!

""Artsax"da vəziyyət hər saat dəyişir və belə bir vəziyyət yarana bilər ki, biz "Artsax" prezidentinin növbəti addımlar barədə qərar qəbul etmək üçün elan etdiyi 7 günü gözləməyə bilərik”.

Bunu isə özünü mifik “artsax”ın oyuncaq “dövlət naziri” Qurgen Nersisyan bildirib.

“Növbəti addımlarımızı əvvəlcədən açıqlamamaq üçün bu barədə indi danışmaq düzgün olmazdı. Oturub 7 gün sonra nə olacağını gözləməməliyik”, - Nesisyan deyib.

Yəni terror hədəsi.   

Bəs oyuncaq rejimin Rusiya dirijorluğu ilə düzənlədiyi tamaşa nə vaxt bitəcək? Dünya daha nə qədər erməninin “blokada” nağıllarına inanacaq? Onlar və arxasındakı əsas dövlət bununla nəyə nail olacaqlar? Nəhayət, Bakı hansı taktikanı izləməli, daha nə qədər səbir göstərməlidir?

Maraqlıdır ki, bu arada “Hraparak” erməni qəzeti yazıb ki, Qarabağ separatçıları arasında Azərbaycanın Ağdamdan humanitar yardım göndərilməsi təklifini qəbul etmək istəyənlərin sayı getdikcə artır. Nəşrinin məlumatına görə, təşəbbüs separatçılarının “təhlükəsizlik şurası”nın keçmiş rəhbəri Samvel Babayanın partiyası tərəfindən irəli sürülüb.

İlham İsmayılın oğlu saxlanıldı

İlham İsmayıl: “Erməni silahlı qüvvələrinə Azərbaycandan çıxmağa 10 gün vaxt verməliyik”

Təhlükəsizlik eksperti İlham İsmayıl bildirdi ki, cinayətkar, Xocalı qatili Samvel Babayan təkcə bu təklifləri verməklə kifayətlənmir, həmçinin bir az da qabağa gedib, birbaşa BMT-yə müraciət edərək Azərbaycanın bu təşkilata hansı ərazi ilə daxil olmasına yenidən baxılmasını xahiş edir: “Yəni separatçı ermənilərin ağlından keçən odur ki, BMT Azərbaycanın ərazi bütövlüyündən imtina edib, Qarabağı sinidə ermənilərə hədiyyə etsin. Erməni qatil, BMT-nin yaxasını yalnız bu absurd xahişlə buraxmır, Qarabağda beynəlxalq təminatlı sülhməramlı mandatın təmin edilməsini də istəyir. BMT xətti həm Vardanyanın, həm də Babayanın planında təsadüfən səslənmir, çünki tezislər eyni mənbədəndir. Təbii ki, Rusiyaya müraciət heç yaddan çıxmır və Rusiyadan yaranmış situasiyaya müdaxilə etməyi xahiş edir. Bütün dünya ermənilərini də yaddan çıxarmadan ümumi mübarizəyə səsləyir.

Azərbaycanı intensiv olaraq hədəf göstərməkdə əsas məqsəd Laçın yolunun açılması, nəzarət məntəqəsinin ləğv edilməsidir. Ermənistan XİN rəhbəri Ararat Mirzoyan, hətta yol açılmasa, sərbəst gediş-gəlişə şərait yaradılmasa danışıqları dayandıracaqları ilə hədələyir. Azərbaycan bu hücumları zərərsizləşdirmək üçün özü hücum diplomatiyasına başlamalı, tələblərin reallaşma mexanizmini şərt olaraq göstərməklə qarşı tərəfi müdafiə mövqeyinə çəkilməyə məcbur etməlidir. Məsələn, erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxması üçün 10 gün vaxt verməklə. Ermənilər, yenidən dərsi verilməsə, şirnikib iddialarını reallaşdırmaq üçün Rusiya ilə birlikdə Qarabağda təxribatların miqyasını böyüdəcəklər".

Azərbaycan öz torpaqlarını yalnız hərbi yolla azad etməlidir” - Akif Nağı

Akif Nağı: “Bəzən aşırı dərəcədə səbir nümayiş etdirmək zərər də vura bilir”

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, Rusiya Qarabağdakı erməni terror tör-töküntülərindən hələ ki istifadə edir: “Hər kəs üçün aydındır ki, proses Kreml tərəfindən idarə olunur. Araik Arutyunyan, Samvel Babayan və digərləri onların əlində alətdir. Moskva 30 il Ermənistandan alət kimi istifadə etdi. İkinci Qarabağ müharibəsində biz bu aləti sındırdıq. İndi Moskva daha çox Xankəndidəki separatçılardan alət kimi istifadə edir. Xankəndidə qalan ermənilər uzun illər Ermənistanın quldur hakimiyyətlərinin oynadığı rolu ruslar üçün oynayır. Biz bu aləti də sındırıb Rusiyanı əliyalın qoymalıyıq. Bu vəzifə ilk baxışdan əvvəlkinə nisbətən asan görünür. Amma bir məsələ var ki, bu, Rusiyanın regionda son alətidir. Ona görə də bu alətdən daha bərk yapışıb. Bu baxımdan işimiz xeyli çətinləşib. Amma Türkiyə ilə birlikdə bunun da öhdəsindən gələcəyik. Bunun üçün güc amili daim gündəmdə olmalıdır.

Azərbaycan separatçı quldur ermənilərə bizə qarşı hücum mövqeyində olmalarına imkan verməməlidir. Hücum mövqeyinə keçməliyik. Biz oturub dünyanın nə zaman ədalətli davranacağını gözləsək, məsələ həll olunmayacaq. 30 illik təcrübə də bunu göstərdi. Aşırı dərəcədə səbir nümayiş etdirmək bəzən zərər də vura bilir".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.