Azərbaycanla Ermənistan arasında yeni müharibə ehtimalı varmı? (ŞƏRH)

22-07-2023, 12:39   


Ermənistan baş naziri Nikol Paşinyan AFP nəşrinə müsahibəsində Azərbaycanla yeni hərbi toqquşmanın mümkün olduğunu istisna etməyib. Onun sözlərinə görə, hər iki ölkənin parlamentləri tərəfindən sülh müqaviləsi imzalanmayana və ratifikasiya edilməyənə qədər belə bir ehtimal qalacaq:

"Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb və hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilməyib yeni müharibə ehtimalı da mümkündür”.

Qaynarinfo-ya açıqlama verən siyasi şərhçi Arif Əliyevin fikrincə, Paşinyanın bu açıqlaması ölkə daxilindəki opponentlərinə yönəlib. Onun sözlərinə görə, növbəti müharibə ehtimal ilk gündən var:



"Görünür, yeni müharibə ehtimalı Paşinyana indi bəlli olub. Əslində, bu ehtimal ilk gündən var. Azərbaycan dəfələrlə səsləndirib ki, Ermənistan ərazi bütövlüyünün tanınması məsələsində irəliyə doğru addım atacaqsa, buna qarşılıqlı addımlar atılacaq. Bu tezis ilk gündən səslənir. Bu günə qədər də Ermənistan sülh müqaviləsinin imzalanmasına maneəçilik törədən addımlar atıb. Deməli, Paşinyan yeni müharibə ehtimalını azaltmaq üçün real tədbirlər görmür. Paşinyan bunu desə də, arxada müharibə ehtimalının o qədər də real olmadığını fikirləşir. Ona görə də haqqında söhbət açdığı təhlükəni daha çox Ermənistandakı opponentlərinə təsir göstərmək üçün qabardıb. Bu mənada da fikrimcə, Paşinyanın belə bir tezisi ortaya atmasının başlıca səbəbi opponentlərinə təsir göstərməkdir. Son günlər Ermənistanda "müharibə davam etməli, Azərbaycanın ərazi bütövlüyü tanınmamalıdır” kimi saxta şüarlarla aksiyalar təşkil olunub. Bu da müharibə ehtimalını artıran ən mühüm elementlərdən biridir. Paşinyan da bu fonda onlara cavab verib”. 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.