Qubad İbadoğlunun həyat yoldaşı danışdı: "Xəstədi, dərmanlara ehtiyacı var"

24-07-2023, 19:03   


İyulun 23-də saxlanılan iqtisadçı -alim Qubad İbadoğlunun həyat yoldaşı İradə Bayramovanın müraciəti yayınlanıb. Olduqca sərt üslubda yazılı yayınlanan müraciətdə bütün xalqın həyat yoldaşı Qubad İbadoğlu üçün "küçələrə çıxması" istənilir.

Musavat.com xəbər verir ki , İradə Bayramova bildirib:

"Hökumət yenidən nağıl uydurub, onu saxta pul satışı ilə ittiham edir. Eyni zamanda, həm Tükiyə, həm Azərbaycan mediası ona "FETO"çü deyə böhtan atır".

İradə Bayramovanın sözlərinə görə, həyat yoldaşına dərmanlarını çatdıra bilmir:

"Qubad bəy xəstədi və gün ərzində dəfələrlə bir çox dərman qəbul etməlidir."

Qeyd edək ki, bu gün Nərimanov rayon məhkəməsi istintaqın təqdimatına baxaraq Qubad İbadoğlu barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edib.

Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.