Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ermənilər 19 maşınla Xankəndiyə əslində nə gətirir? - Detallar

27-07-2023, 18:22   




Ermənistanın ötən gün səhər saatlarında Azərbaycana qarşı növbəti “humanitar şou”ya başladığı günün əvvəlində aydın oldu - Hökumət evinin yanında sıralanan yük maşınlarına yüklənən “zəruri ərzaq mallarına” baxmaq üçün səfirliklərin nümayəndələri dəvət olunduqda.

Bunun ardınca isə mübahisəli, bir-birini təkzib edən xəbərlər sıralandı:

1. Hökumət evinin yaxınlığına xarici ölkə səfirlərinin dəvət edildiyi bildirildi. Məqsəd yüklərə səfirlərin də baxması, burada yalnız ərzaq olduğunu öz gözləri ilə görməsi idi.

Yalnız Rusiya səfirliyinin hümayəndəsinin yüklərə baxış keçirdiyi haqda məlumat yayıldı. Digər heç bir ölkənin səfiri və yaxud səfirlik nümayəndəsinin yüklərə baxdığını təsdiqləyən xəbər, foto, video yoxdur;

2. İrəvanda Hökumət evinin yaxınlığında 10 yük maşınının video və fotosu yayıldı. Məhz bu maşınların yük yeri açılmışdı və xarici ölkə səfirliklərinin baxması üçün göstərilirdi.

Az sonra Hökumət evinin yanındakı maşınların sayı 19-a çatdı.

9 yük maşını ora necə əlavə olundu? Səfirliklərə göstərmək üçün onların yük yeri açılmışdımı?

3. Erməni mediası ”humanitar yük”ün 400 ton olduğunu bildirdi. Ancaq qısa müddət sonra Ermənistan Baş naziri Nikol Paşinyan yükün 360 ton olduğunu dedi.

Nikol Paşinyan bu gün hökumətin iclasında göndərilən “humanitar yük”ün 361 ton olduğunu bildirib: Un – 100 ton, makaron – 80 ton, qənd – 60 ton, ət məhsulları – 40 ton, quru süd – 40 ton, duz – 20 ton, uşaq yeməyi – 12 ton, dərman - 9 ton.

a) Əvvəla, niyə hər yerdə 400 ton olduğu bildirilir, yalnız Nikol Paşinyan 360 və 361 tondan danışır? Niyə dəqiqləşdirilmir?

b) Sərhədimizə göndərilən yük maşınları ağırtonnajlı və iriqabaritli “Volvo” TIR-larıdır. Bu şirkət 2019-cu ildə Ermənistanda “Spayka” adıyla fəaliyyətə başlayıb.

“Volvo” irihəcmli TIR-larının yüklə birgə çəkisi 60 tondan başlayır və 100 tona qədər artır. Yəni bu maşınlara öz çəkisini (təxminən 20 ton) çıxdıqdan sonra 80 ton da yük vurmaq mümkündür, ancaq 40 ton minimumdur (Bu TIR-ların xarakteristikası üçün BAX).

Hətta minimumla götürsək, 360 ton yükü Xankəndiyə gətirmək üçün cəmi 8 TIR kifayətdir. Yalnız dərmanın çəkisi az, həcminin böyük olduğunu düşünərək, 9 ton dərman üçün bir ayrıca TIR ayrıla bilər ki, bu da ümumilikdə maksimum 9 TIR etməlidir.

Belədə, maraqlıdır: 19 TIR-la Xankəndiyə nə daşınır?

- ya daha çox ərzaq gətirilir, amma gizlədilir, həcmi az göstərilir – Paşinyanla digər rəsmilərin fərqli çəki deməsi də bu şübhəyə yol açır;

- ya “səfirlərə göstərmədikləri” gizli yük var – bunun hərbi olması ehtimalı yüksəkdir;

- ya da şounu daha dəbdəbəli, daha irihəcmli göstərməyə xidmət edirlər: 8-9 yük maşını ilə 19 yük maşınının “göstərişi” fərqli effekt verir.

4. Ermənistan rəsmiləri bu “humanitar yardım”ın Xankəndi və ətrafında yaşayan insanların yalnız 1-2 günlük qida ehtiyacını ödəyəcəyini bildirir.

“1-2 günlük qida ehtiyatının ödənilməsi” üçün bu şouya dəyərmi? Bəs, 1-2 gündən sonra nə edəcəksiniz? Niyə “problemin” köklü həlli üçün daha ciddi addımlar atılmır? Məsələn, Ağdamdan istənilən ərzağı almaq bu qədərmi çətindir?

Ağdamdan Xankəndiyə yol 36 km, İrəvandan Xankəndiyə isə 323 km-dir. Əgər doğrudan da ərzaq qıtlığı varsa, 36 km-likdən niyə almırlar? Niyə 323 km-likdən ərzaq daşınmalıdır?

5. “Humanitar fəlakət” yaşanırsa, aylardır blokada varsa, heç nə tapılmırsa, Xankəndidə indiyə qədər bircə adam acından ölübmü?

6. Azərbaycan Xankəndidə humanitar böhran olduğuna inanmır. Əgər ciddi narahatlıq varsa, bizim mütəxəssislər vəziyyətlə yerində tanış olmaq üçün Xankəndiyə gedə bilərlər.

Bunu xahiş edə bilərsiniz və Bakı mütəxəssislər göndərə bilər.

axar.az


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar