İran hansı şərtlərdə Bakı-İrəvan danışıqlarını dəstəkləyəcək? - Keçmiş səfir açıqladı

27-07-2023, 18:30   


Biz beynəlxalq sərhədlərin dəyişdirilməsinin əleyhinəyik. Sərhədlər dəyişməsə, dünya ədalətli və sabit ola bilər.

Yenisabah.az "Fehrixteqan"a istinadla xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin deyib.

Onun fikrincə, ilk növbədə, ölkələrin ərazi bütövlüyünə hörmət olarsa, dünya sabit ola bilər:

“Bu şərtlə bağlanan istənilən müqavilə daimi müqavilə olacaq.

İkincisi, beynəlxalq sərhədlər dəyişməməlidir. Sərhədlər dəyişsə, yeni münaqişələr yaranacaq. Ona görə də beynəlxalq sərhədlərin dəyişdirilməsinin əleyhinəyik. Sərhədlər dəyişməsə, dünya ədalətli və sabit ola bilər.

Üçüncüsü, qeyri-regional aktorların öz maraqları olduğundan onların sülhün bərqərar olması üçün bölgədə mövcudluğunu faydalı hesab etmirik”.

Keçmiş səfir Ermənistan-Azərbaycan münasibətləri mövzusuna da toxunub:

“Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması bu iki ölkə ilə bağlıdır, yəni İrəvan və Bakı əsas danışıqçı tərəflərdir. Əgər onlar dediyim çərçivədə danışıqlar aparsa və sülh bərqərar olsa, bu, dəstəyimizi qazanacaq”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.