İranın “3+3” ümidi: “Cəlbedici, ancaq mümkünsüz...”

29-07-2023, 17:47   


İranın “3+3” ümidi: “Cəlbedici, ancaq mümkünsüz...” 


İran İslam Respublikası Azərbaycan və Türkiyə tərəfindən irəli sürülən “3+3” əməkdaşlıq platformasının canlanmasında maraqlıdır. 

Qeyd edək ki, İranın İSNA informasiya agentliyində Cənubi Qafqazın üç ölkəsi və regionla həmsərhəd olan üç ölkə - Rusiya, Türkiyə və İranın daxil olduğu regional əməkdaşlıq platformasının əhəmiyyəti barədə məqalə dərc olunub. Məqalədə qeyd olunur ki, Cənubi Qafqazın strateji mövqeyi həm qonşular, həm də regiondankənar ölkələr üçün böyük əhəmiyyət kəsb edir. Məqalədə Tehranın region ölkələri ilə çoxsahəli əməkdaşılığın qurulmasıma xüsusi önəm verildiyi vurğulanır.

Qafqaz tədqiqatları, eləcə də beynəlxalq münasibətlər üzrə iranlı ekspertlər Məhəmmədrza Dəmavəndi və Əbdürrza Fərəcirad “3+3” formatının region ölkələrin biri-biri ilə yaxınlaşmasına və regionda mövcud olan problemlərin həll olunmasına müsbət təsir göstərəciyini vurğulayıblar İranın Ermənistandakı sabiq səfiri Seyid Əli Səqqiyan da İSNA-ya şərhində vurğulayıb ki, bu formatda əsas təsir imkanlarına malik olan ölkələr – Rusiya, İran və Türkiyədir və bu ölkələrin bir araya gəlməsinə ehtiyac var. 

“3+3” formatı Cənubi Qafqazda regional əməkdaşlığın inkişafına, o cümlədən sülh və sabitliyin təmin olunmasına nə kimi töhfə verə bilər? 

Məsələ ilə bağlı politoloq Xəqani Cəfərli Cebhe.info-aya açıqlamasında qeyd edib ki, “3+3” formatının bütöv regionda siyasi sabitlik və iqtisadi inkişaf üçün mühüm prioritetlərə malik olsa da, hazırda bu formatının gerçəkləşməsi qeyri-mümkün görünür: 

“Bəli, “3+3” formatı cəlbedici bir mexanizmdir, amma hazırki şəraitdə formatın tez bir zamanda reallaşması mümkün deyil. Bunun bir neçə səbəbi var. Birincisi, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb. İkincisi, Rusiya ilə Gürcüstan münaqişəli vəziyyətdədir, eyni zamanda, İran və Türkiyənin Cənubi Qafqazda maraqları toqquşur. Ona görə də bu əməkdaşlıq formatın reallaşması faktiki olaraq qeyri-mümkündür.

Sadəcə olaraq bu formatın effektivliyi ilə bağlı çağırışılar yalnız diplomatik manevrlərdir. Bəlkə də bir müddətdən sonra bu format çərçivəsində əməkdaşlıq mümkün ola bilər. Amma hal-hazırda bu formatın gerçəkləşmək şansı çox azdır”. 

İranın bu formatda iştirakının regionda sülh və sabitliyə töhfə verib-verməyəcəyi ilə bağlı sualı cavablandıran X.Cəfərli vurğulayıb ki, dövlətlərarası istənilən əməkdaşlıq mexanizmləri regional sabitliyi və təhlükəsizliyə müsbət təsir göstərir. 

“Hər bir dövlət format çərçivəsində öz iqtisadi maraqlarını təmin etməyə çalışır. Əməkdaşlıq formatları çərçivəsində sıx birləşmək, şübhəsiz ki, regionada siyasi əmin-amanlığın təmin olunması, təhlükəsizliyin möhkəmlənməsi və iqtisadi inkişafın dayanıqlığına gətirib çıxarır. İstənilən format ölkələrə iqtisadi dividentlər qazandırır”. 

Yunis Abdullayev
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.