Putin ilk dəfə danışdı: Ərdoğanın azovçuları verməsi...

30-07-2023, 11:46   




Türkiyə ilə Rusiya arasında "Azov" komandirlərinin Türkiyədə qalması ilə bağlı razılaşma vardı.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Azov"un 5 komandirinin Ukraynaya təhvil verilməsinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla münasibətlərə necə təsir göstərməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Razılaşmalar olub, başqa şərh olmayacaq”, - Putin vurğulayıb.

Qeyd edək ki, Ukrayna lideri Zelenski Türkiyədən səfərdən qayıdarkən “Azov”un 5 komandirini də özü ilə Kiyevə aparıb. Əsirlərin Rusiyadan azad edilməsi ilə bağlı qərara əsasən isə münaqişə başa çatana qədər “Azov” komandirləri Türkiyədə qalmalı idi.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.