Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Xaçaturyanın azərbaycanlı əsirlərə görün necə işgəncələr verirmiş... - “Başıma qaynayan çaydanı tökdü”

30-07-2023, 20:23   


Birinci Qarabağ müharibəsində yaralı vəziyyətdə əsir düşən və bir müddət sonra əsirlikdən qayıdan Ucar sakini ötən gün “Laçın” sərhəd-keçid məntəqəsində saxlanılan Vaqif Xaçaturyanın ona verdiyi işgəncələrdən danışıb. 

APA-nın xəbərinə görə, Ucar rayon sakini, 1971-ci il təvəllüdlü Mail Məhəmmədəli oğlu Məmmədov könüllü olaraq 1990-cı ildə Qarabağa yollanıb və döyüşlərdə iştirak edib. Yaralı vəziyyətdə əsir düşüb. Bir müddət sonra erməni əsirləri ilə dəyişilərək vətənə qayıdıb.

Mail Məmmədov ötən gün “Laçın” sərhəd-keçid məntəqəsində saxlanılan V.Xaçaturyanı tanıyıb və bildirib ki, bu erməni vaxtilə ona əsirlikdə işgəncələr verib:

“Mən əsirlikdə olduğum müddətdə olmazın işgəncələrə məruz qalmışam. Amma mənə ən çox dözülməz işgəncələr verən Vaqif Xaçaturyan olub. Mənim başıma qaynayan çaydanı töküb. Qaynar su başımın dərisini tamamən yandırıb, sıyırıb çıxardıb. Ürəyi soyumayan bu erməni daha sonra əvvəlcədən hazırlanmış dəmir xaçı odun sobasında qızdıraraq sinəmə basıb. Ümumiyyətlə, əsirlik dövründə azərbaycanlılara ən çox işgəncə verən keçid məntəqəsində saxlanılan Vaqif Xaçaturyan olub. Ötən gün televiziyada onu görən kimi tanıdım. Mənə verdiyi işgəncələr gözümün önünə gəldi. Onu televiziyada görəndən bu vaxta kimi hələ də özümə gələ bilməmişəm”.

Qeyd edək ki, ötən gün “Laçın” sərhəd-keçid məntəqəsində keçmiş Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşayan, Azərbaycan əsirlərinə olmazın işgəncələr verən, 1955-ci il təvəllüdlü Xaçaturyan Vaqif Çerkezoviç saxlanılıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar