Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“ÖLMƏYİB, İSTANBULDA REANİMASİYADADIR” – Sürət Hüseynovun qohumu (Yenilənib+FOTO)

31-07-2023, 18:18   



Səhhəti qəfil pisləşən sabiq Baş nazir Surət Hüseynov yerləşdirildiyi İstanbul Arnavutköy Dövlət Xəstəxanasından özəl tibb müəssisəsinə köçürülüb.

APA-nın İstanbul müxbiri xəbər verir ki, Surət Hüseynov indilərdə özəl xəstəxanaya aparılıb.

Xəstəxanada olan yaxınlarının APA-nın əməkdaşına verdiyi xəbərə görə, Surət Hüseynov səhhətindəki problemlərlə əlaqədar olaraq Moskvadan Moldovaya getmək üçün İstanbuldakı yeni hava limanına gəlib.

O, elə aeroportda infarkt keçirib, ürəyi dayanıb. İlk olaraq onun həyatını itirdiyi güman edilib. Xəstəxanaya aparılan zamanı ürəyi fəaliyyətini bərpa edib.

Surət Huseynovun səhhəti stabildir, anju olunacağı bildirilir, eyni zamanda, böyrəklərində və mədəsində də problemlərin olduğu deyilir.



***

Surət Hüseynov İstanbul xəstəxanalarından birində reanimasiyadadır.

Bunu APA-nın qərb bürosuna açıqlamasında sabiq Baş nazirin Gəncədə yaşayan yaxın qohumu Kamal Hüseynov deyib.

Onun sözlərinə görə, Surət Hüseynovun İstanbul aeroportunda səhhətində problem yaranıb və xəstəxanaya yerləşdirilib.

Qohumu bildirib ki, Surət Hüseynovun səhhəti hazırda normallaşıb, müalicəsi davam edir. Onun bu gün İstanbulda başqa xəstəxanaya köçürülməsi gözlənilir.

Qohumu onu da deyib ki, Surət Hüseynov son illərdə davamlı olaraq Türkiyədə yaşayır.

***

Surət Hüseynov bir müddət əvvəl Rusiya paytaxtı Moskvada insult keçiribmiş. 

Yaxınları bildirib ki, insult nəticəsində Hüseynovun bədəninin sağ və sol yarısında, ətraflarda qəfil zəiflik, üzün asimmetriyası yaranıb: “ Bir az özünə gəlmişdi. İsrarla deyib ki, Türkiyədə həkimim var, o məni müayinə edəcək. İstanbula getmək üçün təkbaşına təyyarəyə minib. Elə İstanbul hava limanında təyyarədən enərkən qəfil huşunu itirib. Tibbi müdaxiləyə baxmayaraq, onu həyata qaytarmaq mümkün olmayıb”.

Qeyd edək ki, bəzi informasiya resurslarında S.Hüseynovun ölmədiyi, İstanbuldakı tibb mərkəzlərinin birinə dərin komada olduğu yazılıb.

***

Azərbaycanın sabiq baş naziri Surət Hüseynov vəfat edib.

"Azpolitika.info" xəbər verir ki, bu barədə "Gununsesi.info"-ya Surət Hüseynovun yaxınları bildirib.

Məlumata görə, Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman vəfat edib.

"Azpolitika.info"

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar