Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycanlı iş adamı başından GÜLLƏLƏNDİ - YENİLƏNİB

3-08-2023, 22:43   


Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən “Lilo Mall” ticarət mərkəzində silahlı insident baş verib.

Bu barədə Gürcüstan KİV məlumat yayıb.

Bildirilib ki, silahlı hücuma məruz qalan iş adamı etnik azərbaycanlı Roman İsayevdir.

Qeyd edilib ki, başından güllə yarası almış biznesmen xəstəxanaya çatdırılıb, həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Roman İsayevin süni tənəffüs aparatına qoşulduğu bildirilir.

Məlumata görə, silahlı şəxs ticarət mərkəzində tekstil mağazasının sahibi olan Roman İsayevdən söhbət etmək üçün küçəyə çıxmasını istəyib, lakin sonuncu buna rədd cavabı verib. Bundan sonra şübhəli atəş açaraq onu yaralayıb və daha sonra ərazidən qaçıb.

Polisin hazırda cinayətkarı axtardığı, yaralama anının təhlükəsizlik kamerasına düşdüyü bildirilib.

Faktla bağlı cinayət işi açılıb. ("Trend")

***

Gürcüstanda azərbaycanlı iş adamı silahlı hücuma məruz qalıb.

“Qafqazinfo” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, hadisə Tbilisidə baş verib.

Məlumata görə, etnik azərbaycanlı Roman İsayevə şəxsi mağazasında atəş açılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Polis silahlı cinayətkarı axtarır. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 19/108-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar