“Vaxtilə Türkiyəyə verilən saxta vədlər indi də Ukraynaya verilir”
“Türkiyəyə etdiyimizi Ukraynaya da etməyək. Bizim onlara, onların da bizə ehtiyacı var”.
“AzPolitika.info” xəbər verir ki, bunu Fransanın keçmiş Prezidenti Nikola Sarkozi “Le Figaro” jurnalına müsahibə verərkən deyib.
Sarkozi Rusiya lideri Vladimir Putinin ciddi səhvə yol verdiyini və bunun uğursuzluqla nəticələndiyini, lakin onun ağılsız bir insan olmadığını bildirib.
Onun sözlərinə görə, bu məsələdə Avropanın və ABŞ-ın maraqları üst-üstə düşmür. Sarkozi məqbul həll yolunu diplomatiya, danışıqlar və fikir mübadiləsində gördüyünü deyib.
Sarkozi Ukraynanın Avropa Birliyinə mümkün üzvlüyünə isə şübhə ilə yanaşıb. O, vaxtilə Türkiyəyə verilən saxta vədlərin indi də Ukraynaya verildiyini deyib.
Keçmiş Fransa lideri Ukraynanın Avropa ilə Rusiya arasında körpü olduğunu, Putinin süqutunun hər şeyi dəyişə biləcəyini vurğulayıb.
“AzPolitika.info”