Cümə günü ABŞ prezidenti Co Bayden bildirib ki, artıq Rusiya Ukraynada "uduzub" və o bəyan etdiyi ilkin məqsədlərini "yerinə yetirə bilmir". Bu barədə o, Kemp-Deviddə Yaponiya və Cənubi Koreya liderlərilə danışıqlardan sonra deyib, Turan-ın Vaşinqton müxbiri bildirib.
Bayden "ilk gündən" Putinin Ukraynaya hücumuna dünyanın "reaksiya verməli" olduğunu etiraf etdiyinə və beynəlxalq sanksiyalara qoşulduğuna görə Yaponiyanın baş naziri Fumio Kisidaya təşəkkür edib.
"Asiya ölkəsi 150 000 əsgərlə digər ölkəyə hücum edərsə nə olar? Sizcə, bu, bütün dünyada Avropa və Latın Amerikası ölkələrinin maraqlarına, iqtisadiyyatına və xarici siyasətinə təsir göstərməyəcək? Bunun güclü təsiri olardı".
Bayden Yaponiya və Cənubi Koreya ilə təhlükəsizlik sahəsində yeni əməkdaşlığı möhkəmləndirib və ilk dəfə Kemp-Deviddə liderləri qəbul edib. Üç ölkə Şimali Koreyanın təcavüzkar davranışına qarşı çıxmaq öhdəliyini təsdiqləyib və Çinin Cənubi Çin dənizinə və Tayvan boğazına nəzarət etmək istəyilə əlaqədar ondan gələn təhlükəni dolayısıyla etiraf ediblər.
Rusiya və Ukraynaya gəlincə, Bayden deyib ki, dünya dəyişir, çünki İkinci Dünya Müharibəsindən sonra "belə hücum" olmayıb.
Kemp-Devid/19.08.23/Turan:
Üç ölkənin liderləri öz bəyanatlarında Ukraynaya vahid dəstəyi ifadə etdilər.
"Biz Rusiyanın əsassız və amansız müharibəsində Ukraynaya dəstəyə sadiq qaldığımızı təsdiqləyirik. Bu müharibə beynəlxalq düzənin əsaslarını sarsıdıb. Biz Rusiyaya qarşı koordinasiyalı, sərt sanksiyalar tətbiq etməklə və Rusiya energetikasından asılılığın azalmasını sürətləndirməklə Ukraynaya yardım göstərməyə davam edəcəyik", - liderlər qeyd ediblər.
"Bu fəlakətli müharibədən çıxarılan dərs beynəlxalq birliyin ərazi bütövlüyü, suverenlik və mübahisələrin dinc yollah əlli prinsiplərini müdafiə etmək iradəsi olmalıdır. Biz təsdiq edirik ki, bu əsas prinsiplərə haradasa məhəl qoyulmadıqda, bizim regionumuz üçün də təhlükə yaranır", - bəyanatda qeyd olunub. 0