Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-mayor Kiril Kulakov sentyabrın 3-də fəaliyyətə başlayıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Azərbaycandakı Rusiya sülhməramlı qüvvələrinin tez-tez dəyişilməsi artıq adi hala çevrilib.
Rəsmi Moskva isə bunun səbəblərini açıqlamır. Ancaq həmin komandanların heç biri sülhməramlı kontingentin fəaliyyətində Azərbaycanı naraza salan nöqsanları aradan qaldırmayıb.
Kazan Ali Hərbi Komandanlıq Məktəbinin rəisi Kiril Kulakovun Azərbaycandakı sülhməramlıların rəhbəri göndərilməsi bu baxımdan, diqqəti cəlb edir.
Kulakov xidməti dövründə öz sələflərinin dövründə olduğu kimi erməniləri himayə edəcək, yoxsa buna son qoyacaq?
Rusiya hərbi kontingentinin yol verdiyi ən böyük qanun pozuntularından biri öz missiyasının əksinə olaraq, Qarabağdakı terrorçu erməni silahlı birləşmələrini silahlandırmaqdan ibarətdir.
Kiril Kulakov özündən əvvəlki komandanların səhvlərini təkrarlamamaq üçün qeyd edilən özbaşınalıqların qarşısını almalı, siyasi mövqe nümayiş etdirməməlidir.
Əks halda, o da Rüstəm Muradov, Gennadi Anaşkin, Andrey Volkov, Aleksandr Lentsov kimi mənfi reputasiyası ilə yadda qalacaq.
Politoloq Tofiq Abbasov Cebhe.info-ya açıqlamasında bildirib ki, Kiril Kulakovun onun üzərinə böyük məsuliyyət düşür və o, Azərbaycanın narahat edən problemləri aradan qaldırmalıdır:
“Kulakovun komandan təyin edilməsi rotasiya qaydasında həyata keçirlib və bu normal haldır. Bu dəyişiklik daxili məsələlərlə də bağlı ola bilər.
Belə ki, bundan əvvəlki komandan Lentov rütbəcə general-polkovnik idi. Kulakov isə general-mayordur. Yəni general-polkovnikin məhdud hərbi kontingentə komandan təyin edilməsi onun səlahiyyətlərinə uyğun gəlmir.
Ola bilsin ki, Lentsovun sələfi Volkov zəif keyfiyyətlərə malik olduğuna görə onun yerinə daha yüksək rütbəli zabiti göndərdilər. Amma onun az müddətdən sonra yenidən dəyişilməsi göstərir ki, Rusiya Müdafiə Nazirliyi sülhməramlıların komandanlarının çox qalmasını istəmir.
Çünki Lentsovdan əvvəlki komandan Volkov çox özbaşınalıqlar etmişdi, orada özünə qanunsuz biznes yaratmışdı. Onun Vardanyanla şərikli kommersiya maraqları vardı. Bunlar hamısı ifşa olundu və Azərbaycan vətəndaş cəmiyyəti, media qurumları lazımi kampaniya apara bildi.
Azərbaycan kütləvi informasiya vasitələri, xüsusilə də rusdilli mətbuat Rusiya Xarici İşlər Nazirliyi tərəfindən mütəmadi izlənilir və orada gedən məlumatlar nəzərə alınır. Ona görə də Volkov Azərbaycandan mənfi imiclə uzaqlaşdırıldı.
Kulakovun təyinatı göstərir ki, Rusiyanın hərbi-siyasi dairələrində tez-tez dəyişilməsi ilə bağlı müəyyən bir ənənə formalaşıb. Komandanların oturuşub qalmasına icazə vermirlər ki, onlar lazımsız işlərlə məşğul olmasınlar. Çünki Azərbaycan tərəfi vəziyyəti nəzarətdə saxlayır və rəsmi kanallarla Rusiya hakimiyyətini məlumatlandırır.
Əgər komandan öz vəzifəsinin öhdəsindən vicdanla, məsuliyyətlə gəlirsə, ermənilərə lazımsız imkanlar vermirsə, o halda hər şey məqsədəuyğun sayıla bilər. Hesab edirəm ki, Azərbaycan Qarabağ iqtisadi rayonunda nəzarəti çox yüksək səviyyədə həyata keçirir.
Bu baxımdan, Rusiya sülhməramlı qüvvələri bütün reallıqları nəzərə alır. Digər tərəfdən, Ermənistanın təxribatları da davam edir və onlar Laçın yolunda gərginlik yaratmağa çalışır. Ona görə də sülhməramlı qüvvələrinin yeni komandanı gərək səlahiyyətlərini aşmasın.
Kulakov gərək tabeliyində olan kontingenti elə təlimatlandırsın ki, bizim istədiyimiz nəticə əldə olunsun. Bizim gözləntilərimiz ondan ibarətdir ki, Qarabağdakı erməni separatçı ünsürlərinə imkanlar verilməsin və onların sülhməramlı hərbçilərlə təmasları minimuma endirilsin.
Terrorçuların qanunsuz hərkətlərinin, səngər qazması, istehkam qurmasının qarşısı alınsın. Biz bilirik ki, ermənilər sürüşkən millətdir, müxtəlif hədiyyə, rüşvət verməklə sülhməramlıları ələ almağa çalışırlar. Yeni komandan bu halların qarşısını almalıdır.
Çox güman ki, Kulakov yeni təlimatlarla gəlib və ona Azərbaycan ərazisində olduğunu unutmamaq tapşırılıb. O, erməni icmasının terrorçu ünsürlərinə qanunları pozmağa və yeni gərginlik ocaqları yaratmağa imkan verməməlidir”.
Müşfiq Abdulla
Cebhe.info