Putin-Ərdoğan görüşünün məxfi detalları - Xankəndi barədə hansı qərar verilib?

5-09-2023, 19:19   


“ABŞ-ın demokrat prezidenti Baydenin yıxmağa söz verdiyi, ancaq 3 ildir devirə bilmədiyi iki dövlət başçısının – Putin və Ərdoğanın Soçidəki görüşü Rusiya-Türkiyə əməkdaşlığının uğurla davam etdirildiyinin növbəti göstəricisi olmaqla yanaşı, həm də qarşıdakı mərhələnin hədəflərini aydınlaşdırmağa imkan verir”.

Yenisabah.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.

Onun sözlərinə görə, görüş zamanı beynəlxalq ictimaiyyətə verilən ilk açıq mesaj bu idi ki, Türkiyə NATO üzvü olsa da, alyansın Ukrayna müharibəsi üzərindən apardığı Rusiyanı təcrid siyasətində iştirak etmir və yaxın gələcəkdə də iştirak etməyəcək, əksinə iki ölkə arasında yeganə səmimi vasitəçi missiyasını üzərinə götürməyə iddialıdır:

“Bu isə o deməkdir ki, Türkiyə və daxil olduğu Türk Dövlətləri Təşkilatı (TDT) vasitəsilə Qərbin Rusiyaya qarşı “ikinci cəbhə” açmaq cəhdlərinə imkan verilməyəcək, hətta Moskva əleyhinə sanksiyaların bu coğrafiya üzərindən genişlənməsinin önü kəsiləcək.

Bu razılaşma Rusiya üçün uğurlu olduğu qədər Türkiyə və TDT üçün də əhəmiyyətlidir: TDT coğrafiyası Qərb-Rusiya toqquşmasının yeni qanlı meydanına çevrilməkdən yayınaraq, həm insan, həm də iqtisadi resurslarını qoruyub saxlamaq və inkişaf etdirmək, Çin-Avropa İttifaqı arasında əsas oyunçulardan biri olmaq fürsətini qazanır”.

SEPAH Elxan Şükürlünü tirajladı: harda səhv etdin?

Politoloq deyib ki, Putin-Ərdoğan görüşünün ən önəmli nəticələrindən biri də Suriya probleminin həlli məqsədi ilə qurulan “Astana prosesi”nin, eyni zamanda 44 günlük Qarabağ savaşının nəticəsi olaraq irəli sürülmüş “3+3” formatının yenidən dirçəldilməsidir:

“Hər iki formatın qurulmasında əsas iştirakçılar üç böyük qonşumuz – Rusiya, Türkiyə və İrandır. Azərbaycan bu üç ölkənin quru sərhədlərini bir-birinə bağlayan yeganə dövlətdir… Putin-Ərdoğan görüşündə əldə edilən razılaşmaların ən qısa müddətdə və aydın görünəcəyi əsas meydança da məhz Azərbaycan ərazisi – Qarabağdır.

Böyük ehtimalla yaxın günlərdə Xankəndinin rəsmi Bakının iradəsinə tabe etdirilməsi, Ermənistanın 2020-ci ilin 10 noyabrında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində Paşinyan hökumətinə real təzyiq silahları işə salınacaq”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar