"Moskva Lavrov sxemindən əl çəkməyib və İrəvana və Bakıya səfər edən Rusiyanın xüsusi nümayəndəsi İqor Xovayev məhz Rusiyanın təkliflərində irəliləyişə nail olmaq üçün bölgədə olub".
Cebhe.info-nun məlumatına görə, “Kommersant” qəzeti diplomatik mənbələrinə istinadən belə yazıb.
Bu təklif Ağdam-Xankəndi yolunun açılmasından bir gün sonra Laçın yolunun açılmasını nəzərdə tutur.
Sözügedən mənbə İqor Xovayevin sentyabrın 4-də İrəvanda olarkən qondarma rejimin həmin təklifə münasibətni öyrənmək üçün özünü “xarici işlər naziri” kimi qələmə verən Sergey Kazaryanla görüşdüyünü bildirib. Lakin bu görüş barədə hər hansı rəsmi açıqlama yayılmayıb.
“Azadlıq” radiosunun Ermənistan bürosu separatçıların Rusiyanın təklifinə münasibətini öyrənmək üçün müraciət etsə də, qondarma rejim bu barədə suala cavab verməyib.
Müşfiq Abdulla
Cebhe.info