RUSIYA BU BAZARI VURDU - Çoxlu sayda həlak olan və yaralanan var + VİDEOLAR

6-09-2023, 17:58   



Rusiyanın Ukraynada hərbi cinayətləri davam edir.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Donetsk vilayətinin Konstantinovka şəhərinin mərkəzi bazarına raket zərbəsi endirilib. Azı 16 dinc sakinin həlak olduğu, onlarla insanın yaralandığı bildirilir.

Xəbərdə qeyd olunur ki, Rusiya mülki əhalinin yaşadığı ərazini “S-300” raketilə vurub.

Ukrayan Prezidenti Volodimir Zelenski dinc əhaliyə qarşı növbəti cinayətkar hücumla bağlı paylaşım edərək, Rusiyanın açıq-aşkar, adi mağazaların, apteklərin, bazarın olduğu ərazini bilərəkdən vurduğunu qeyd edib. Zelenski hələlik 16 nəfərin həlak olduğunun təsdiqini tapdığını, lakin ölənlərin sayının arta biləcəyini deyib.

Onu da qeyd edək ki, bu gün ABŞ Dövlət katibi Entoni Blinkenin Kiyevə iki günlük səfəri başlayıb. Görünür, Rusiya bu cinayətkar addımla səfərə “etirazını” bildirmək istəyib.

AzPolitika.info



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.