Rusiya və Türkiyə bir milyon ton taxıl tədarükü ilə bağlı razılığa gəliblər.
Axar.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
"Bütün prinsipial razılaşmalar əldə olunub. Biz gözləyirik ki, yaxın gələcəkdə bu cür təchizat sxeminin bütün texniki aspektlərini hazırlamaq üçün bütün tərəflərlə işgüzar əlaqələrə başlayacağıq", - diplomat bildirib.