“Noodle”nin orqanizmə dəhşətli zərərləri açıqlandı

13-09-2023, 19:49   


Xüsusilə uşaqlarda görülən hazır əriştə çılğınlığı sağlamlığa ciddi zərər verə bilər. Dadından doyulmayan, 5 dəqiqəyə hazırlanan bu əriştə suplarının (noodle) orqanizmə dəhşətli zərərləri var. 

Əriştə növü olan "noodle" Çin mətbəxinə xas yeməkdir. Adətən düyü unundan və ya başqa undan hazırlanır, onu makarondan fərqləndirən əsas cəhət hazırlanmasında buğda unundan istifadə edilməməsidir. Lakin "noodle" dedikdə ağlımıza ilk gələn marketlərdə satılan paketli qidalar olur.

Qiymətinin daha ucuz olması və hazırlanmasının son dərəcə asan olması səbəbindən tez-tez alınan bu qida xüsusən qadınlar üçün daha təhlükəlidir. 

Bu barədə Cənubi Koreyada 11 min insan üzərində araşdırma aparılıb.

Yenisabah.az araşdırmanın nəticəsinə görə, hazır əriştələrin təhlükələrini təqdim edir: 

Ürək xəstəliklərinə səbəb olur:

Hazır əriştədə paketdəki qidanın ömrünü uzatmaq üçün istifadə edilən müəyyən qatqılar var ki, onlar damarlarda tıxanmaya səbəb olaraq ürək sağlamlığına mənfi təsir edir. Bundan başqa, qablaşdırılmış məhsullarda rast gəlinən palma yağı hazır əriştədə də yüksək miqdarda olur. Palma yağı xolesterin səviyyəsini sürətlə artırır, bu da  infarkt riskini gücləndirir. 

Diabet xəstəliyinə səbəb olur:

Hazır əriştədə olan bir çox əlavələr və birləşmələr bədəndə qan şəkərini artıran təsirə malikdir. Koreyada 18-29 yaş arası universitet tələbələri ilə aparılan araşdırmada hazır əriştə yeməyən və ya nadir hallarda (ayda bir dəfədən az) yeyənlərə nisbətən, tez-tez yeyənlərdə qan şəkərində artımlar aşkar edilib. 

Bir çox hazır qidada olan və xalq arasında “Çin duzu” kimi tanınan monosodyum qlutamat (MSQ) hazır əriştələrdə də var. MSQ yeməyi daha dadlı, daha zülalla zəngin və gözəl hiss etdirir. Tutaq ki, siz toyuq ədviyyatlı əriştə yeyirsiniz, tərkibində toyuq olmasa belə MSQ-a görə, toyuq kimi qəbul edirik.  MSQ bir növ dad duyğumuzla oynayır. Təəssüf ki, MSQ-nin bir çox zərəri var, diabetə səbəb olmaq isə onlardan yalnız biridir.

Piylənməyə səbəb olur:

Tərkibindəki MSQ  daimi yemək istəyi yaradır və piylənmə riskini artırır. Araşdırmada daha çox düyü və əriştə yeyən fərdlərin qarın bölgəsində piylənmə riskinin daha yüksək olduğu müəyyən edilib.

Yüksək qan təzyiqinə səbəb olur:

Duz miqdarı yüksək olan məhsullardan olan hazır əriştədə xüsusilə yüksək olan natrium təzyiq riskini artırır. 

Bundan əlavə, MSQ-nın tərkibində də natrium var və orqanizmdə duz yükünü artırır, bu da hipertoniyaya səbəb olur. 

Yüksək xolesterola səbəb olur:

Hazır əriştə çox miqdarda yağ ehtiva edir. Bu yağlar orqanizmdə xolesterin artırıcı təsirə malikdir. Eyni şəkildə, monosodium qlutamat tərkibi də xolesterolun artmasına səbəb olur. Bu da zamanla aşağıdakı fəsadlara gətirib çıxarır:

- Depressiya və narahatlıq kimi psixoloji pozğunluqlara səbəb olur.

- Böyümə hormonunu azaldır.

- Böyrək və qaraciyərin zədələnməsinə səbəb olur.

- Alzeymer, Parkinson və epilepsiya kimi nevroloji xəstəliklərə səbəb olur.

- İmmun sistemini zəiflədir.

- Astma və allergiya yaranır.

- Uyuşma, qıcolma, halsızlıq və baş ağrısına səbəb olur.

Əsmətxanım Rzazadə

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.