Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Həftənin 7 günü, 24 saat..." - Putinin malikanəsi ilə bağlı gizli məlumat DEŞİFRƏ OLDU

14-09-2023, 19:16   


Rusiya prezidenti Vladimir Putinin Krımdakı şəxsi malikanələrindən birinə rəhbərlik edən, daha sonra ölkədən qaçan və hazırda Ekvadorda yaşayan Vitali Brijaty Rusiya liderinin gizli Olivye malikanəsi və şəxsi həyatı ilə bağlı diqqətçəkən detalları paylaşıb.

Musavat.com-un xəbərinə görə, 2014-cü ildə Krımda Putinin şəxsi iqamətgahlarından birində işləyən Vitali Brijaty deyib ki, Putin hətta öz mühafizəçilərinə belə etibar etmir, ona görə də onun harada qalacağı ilə bağlı daim yanlış məlumatlar verilir.

"Dedilər ki, Putin şəxsi iqamətgahında dincəlir, hamı onu qorumaq üçün səfərbər edilib, lakin o, aidiyyəti olmayan yerdə idi” - o deyib.

Putinin milyonlarla dollar dəyərində olan şəxsi malikanələri haqqında çox yazılıb, lakin Olivye malikanəsi sirr olaraq qalmağı bacarıb.

Araşdırmaçı jurnalistlər Olivyedə gizlilik və lüksün hər şeydən üstün olduğunu iddia edirlər.

Putinin Krımdakı Olivye sarayını "həmişə təzə yeməklər və çiçəklərlə dolu olması lazım olan dəbdəbəli mini şəhər" kimi xarakterizə edən Brijaty deyib: "Bura fantastik yerdir. Fitnes mərkəzləri, fəvvarələr, parklar, çay evi və çimərlik var. Malikanədə çalışan heyət həftənin 7 günü, günün 24 saatı işləyir, çünki Putinin nə vaxt gələcəyini heç vaxt bilmirsən. Yaxınlıqda Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev və Rusiya Təhlükəsizlik Xidmətinin FSB rəhbəri Aleksandr Bortnikovun da bağ evləri var".

Putin üçün təhlükəsizliyin hər şeydən vacib olduğunu bildirən Brijaty Ukraynada müharibə başlayandan bəri obyektdə təhlükəsizliyin gücləndirildiyini və patrulda olan mühafizə itlərinin sayının üç dəfə artdığını iddia edib.

"Mülki şəxslərin malikanəyə girməsi qadağan edilib və kompleksə girən hər kəs cib telefonlarını mühafizəyə təhvil verməlidir. Federal Mühafizə Xidmətinə bağlı silahlı şəxsi dalğıclar sui-qəsdçilərin axtarışı üçün daim dəniz altında patrul edirlər".

Brijatynin sözlərinə görə, Olivyedə təhlükəsizlik tədbirləri o qədər sərtdir ki, hətta Putinin paltaryuyan maşınında da xüsusi operator var.

Musavat.com


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar