Xəbər verdiyimiz kimi, ötən günlərdə Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inla görüşüb. Moskvanın Ukrayna ilə müharibəni davam etdirmək üçün Şimali Koreyadan silah və sursat almaq istədiyi iddia edilir.
Musavat.com xəbər verir ki, Kremldən görüşlə bağlı verilən açıqlamada Rusiya ilə Şimali Koreyanın hərbi mövzularda və ya digər sahələrdə heç bir razılaşma imzalamadığı bildirilib.
Kremlin iddiasına bənzər açıqlamaya imza atan Putin Moskvanın Cənubi Koreya ilə bağlı heç bir razılaşmanı pozmayacağını bildirib.Rusiya lideri mövzu ilə bağlı açıqlamasında bu açıqlamaları verib:
“Bəli, Koreya yarımadası ilə bağlı müəyyən elementlər var. Biz bunu müzakirə edirik, açıq şəkildə müzakirə edirik, heç nəyi pozmuruq və bu halda heç nəyi pozmayacağıq”.
Cənubi Koreya və ABŞ bəyan edirlər ki, Putin və Kim arasında istənilən hərbi razılaşma BMT-nin Şimali Koreyaya qarşı sanksiyalarını pozacaq.
Musavat.com